Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə149/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   141   142   143   144   145   146   147   148   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
301 
– Oh, məmnuniyyətlə. 
Biz səmimiyyətlə qucaqlaşdıq və mister Astley çıxıb 
getdi. Yox, o, hallı deyil! Əgər mən Polinaya və De-Qriyeyə 
qarşı kobud, kütbeyindimsə, o da ruslara qarşı kobud, 
tələskəniydi. Özüm barədə heç nə demirəm. Bununla belə… 
bununla belə, bütün bunların hamısı hələ mənasızdı. Bütün 
bunlar söz, söz, yalnızca sözdü, amma iş lazımdı! İndi burda 
başlıcası İsveçrədi! Elə sabah – eh, əgər elə sabah yola 
düşmək mümkün olsaydı! Təzədən doğulmaq, dirilmək 
mümkün olsaydı! Onlara göstərmək lazımdı… Qoy Polina 
bilsin ki, mən hələ insan ola bilərəm. Yalnız lazımdı ki… 
amma yeri gəlmişkən, artıq keçdi, amma sabah… Oh, 
əvvəlcədən hiss eləyirəm ki, bu başqa cür ola bilməz! İndi 
mənim on beş luidorum var, mənsə on beş quldenlə də 
başlamışdım! Əgər ehtiyatla başlasam… – və doğrudanmı, 
doğrudanmı, mən belə balaca uşağam! Doğrudanmı, başa 
düşürəm ki, özüm məhv olmuş adamam. Amma nəyə görə 
təzədən həyata qayıda bilmərəm. Bəli! Heç olmasa, həyatda 
bir dəfə sərhesab, səbirli olmaq lazımdı və... vəssalam!


www.vivo-book.com 
302 
Yalnız heç olmasa, bir dəfə xasiyyətimə sabiq qalmağa 
dəyər, mən bir saatda bütün taleyimi dəyişə bilərəm! 
Başlıcası – xarakterdi. Yalnız yeddi ay qabaq 
Ruletenburqda, tamamilə uduzmamışdan əvvəl bu barədə 
başıma nə gəldiyini xatırlamaq lazımdı. Oh, bu gözəl 
qətiyyət hadisəsiydi. Mən onda hamısını uduzdum… 
Vağzaldan çıxıram, baxıram – jiletimin cibində hələ bir 
qulden qımıldanır: “Ah, deyəsən, narahat eləməyə bir şey 
var!” – fikirləşdim, amma yüz addım gedib, fikrimi 
dəyişdim və qayıtdım. Mən bu quldeni manqueyə qoydum 
və doğrudan da, tənha, yad ölkədə, vətəndən və dostlardan 
uzaqlarda və bu gün nə yeyəcəyini bilmək, sonuncu, ən, ən 
sonuncu quldenini qoymaq duyğusunda xüsusi nəsə var! 
Uddum, iyirmi dəqiqədən sonra cibimdə yüz yetmiş qulden 
vağzaldan çıxdım. Bu faktdı! Görün, bəzən axırıncı qulden 
nəyə qadirdi! Bəs əgər onda ruhdan düşsəydim, əgər 
qətiyyət göstərməsəydim, nolardı?.. Sabah, sabah, hər şey 
bitəcək?

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin