www.vivo-book.com
299
Mister Astley titrək səslə, gözlərini parıldada-parıldada
dilləndi, – bilin ki, mən Qamburqa xüsusi olaraq onun
tapşırığıyla gəlmişəm ki, sizi görüm, sizinlə ətraflı, səmimi
söhbət eləyim, ona hər şeyi – hisslərinizi, fikirlərinizi,
ümidlərinizi və …xatirələrinizi çatdırım!
– Doğrudanmı? Doğrudanmı? – qışqırdım, yaş
gözlərimdən dolu kimi axdı. Mən göz yaşlarımı saxlaya
bilmirdim, bu, deyəsən, ömrümdə birinci dəfəydi baş
verirdi.
– Hə, bədbəxt adam, o sizi sevirdi, mən də bunu sizə
aça bilərəm, ona görə ki, siz məhv olmuş adamsınız. Bu da
azmış kimi, əgər hətta sizə desəm ki, indiyəcən sizi sevir, nə
xeyri – axı, onsuz da burda qalacaqsınız! Bəli, siz özünüzü
məhv
elədiniz.
Sizin
bəzi qabiliyyətləriniz,
oynaq
xasiyyətiniz vardı, pis adam deyilsiniz, siz hətta insanlara
ehtiyacı olan vətəninizə faydalı ola bilərdiniz, amma ki,
yenə də burda qalacaqsınız, sizin həyatınız bitib. Mən sizi
günahlandırmıram. Mənim fikrimcə, bütün ruslar belədilər,
yaxud belə olmağa meyillidilər. Əgər ruletka olmasa, ona
oxşar bir şey tapacaq. İstisnalar həddən artıq azdı. Zəhmətin
www.vivo-book.com
300
nə olduğunu başa düşməməkdə (mən sizin xalqınız barədə
demirəm) siz birinci deyilsiniz. Ruletka daha çox rus
qumarıdı. Siz indiyəcən namuslu olmusunuz, oğurluq
eləməkdənsə, nökərçiliyə getmək istəmisiniz… Amma
gələcəkdə nə ola biləcəyini fikirləşmək məndən ötrü
dəhşətlidi. Bəsdi, əlvida! Sizin yeri gəlmişkən, pula
ehtiyacınız var? Bax, mən sizə on luidordan artıq
verməyəcəyəm, ona görə ki, onsuz da o pulları
uduzacaqsınız. Götürün və əlvida! Hər halda, götürün!
– Yox, mister Astley, bütün bu deyilənlərdən sonra…
– Gö-tü-rün! – o qışqırdı. – Əminəm ki, siz hələ
nəcibsiniz, sizə dost əsl dosta verən kimi verirəm. Əgər
əmin olsaydım ki, elə indicə qumarı, Qomburqu atacaqsınız,
vətəninizə gedəcəksiniz, sizə yeni karyeranızın başlanğıcı
üçün dərhal min funt verməyə hazırıydım. Amma məhz ona
görə min funt yox, indiki vaxtda sizdən ötrü min funtla on
funt tamamilə eyni şeydi, hamısı birdi – uduzacaqsınız.
Götürün və əlvida!
– Əgər vida üçün sizi qucaqlamağa icazə versəniz,
götürərəm.
|