Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə142/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   138   139   140   141   142   143   144   145   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
287 
Gümüş pullarla altmış quldenim qalırdı; fikirləşdim, zeroya 
üstünlük verdim. Hər dəfə zeroya beş qulden qoymağa 
başladım; üçüncü qoyuluşdan qəfildən zero çıxır, yüz yetmiş 
beş quldenimi alıb, az qala sevindiyimdən ölmüşdüm; yüz 
min qulden udanda belə sevinməmişdim. Dərhal da rougeyə 
yüz qulden qoydum – verdi; iki yüzün hamısını rougeyə 
qoydum – verdi; dörd yüzün hamısına noir-ə qoydum – 
verdi; səkkiz yüzün hamısını tanqueyə qoydum – verdi; 
əvvəlki ilə birgə hesablasaq, min yeddi yüz qulden oldu, bu 
da – beş dəqiqədən az vaxt ərzində! Bəli, elə bu cür anlarda 
bütün əvvəlki uğursuzluqlarını da unudursan! Axı mən bunu 
az qala həyatımı riskə qoyub əldə eləmişdim, riskə cəsarət 
göstərmişdim, budur, yenə adam sırasındayam!
Mən otaq tutdum, qapını bağladım, üç saata qədər 
oturub pullarımı saydım. Səhərisi gün yuxudan artıq nökər 
kimi ayılmadım. Elə həmin gün də Qamburqa çıxıb getməyi 
qət 
elədim: 
orda nökər olmamışdım, həbsxanada 
oturmamışdım. Qatarın yola düşməsinə yarım saat qalmış 
çox yox, iki qoyuluş eləmək üçün yollandım, min beş yüz 


www.vivo-book.com 
288 
florin uduzdum. Amma bununla belə, Qamburqa köçdüm, 
artıq bir aydı ki, burdayam… 
Mən əlbəttə, daim həyəcan içərisində yaşayıram, lap az-
az oynayıram, nəsə gözləyirəm, nəyəsə ümid eləyirəm, 
günlərlə oyun masasının yanında dururam, oyuna göz 
qoyuram, hətta yuxuda qumar görürəm.Amma bütün 
bunlarla bərabər mənə elə gəlir ki, elə bil quruyub, taxtaya 
dönmüşəm, elə bil hansısa lehməyə batmışam. Bundan 
mister Astleylə görüş zamanı aldığım təəssürat üzrə nəticə 
çıxarıram. Biz elə həmin vaxtdan görüşməmişdik, qəfildən 
də rastlaşdıq; bax, bu belə oldu. Mən bağa gedirdim, 
hesablayırdım ki, indi demək olar, pulsuzam, amma əlli 
quldenim var, – bundan başqa, hücrə tutduğum oteldə, 
üçüncü gündən hesabı ödəyib tamam qurtardım. Beləliklə, 
mənim indi yalnız bircə dəfə ruletkaya getmək imkanım 
qalır, – əgər heç olmasa, bir şey udsam, oyunu davam 
etdirmək mümkün olacaq; əgər uduzsam – indi müəllim 
gərək olan ruslar tapmadığım təqdirdə yenə nökərçiliyə 
getmək lazım gələcək. Bu fikirlə məşğul ola-ola, parkdan, 
meşədən keçib, qonşu knyazlığa gündəlik gəzintimə getdim. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin