www.vivo-book.com
284
vəziyyətinin bütün iyrəncliyini özünün hansı dərəcəyədək
başa düşdüyünü bilsəydilər,
onda əlbəttə, mənə ağıl
öyrətməyə dilləri gəlməzdi. Nə olsun, onlar mənə
bilmədiyim bir şey deyə bilərlər? Burda məsələ ondadır ki,
çarxın bir dövrəsi,
hər şeyi dəyişir, elə bu moralistlərin
özləri də dostluq zarafatlarıyla məni təbrik eləməyə birinci
(buna əminəm) gəlirlər. Həm də hamısı məndən indiki kimi
üz döndərməyəcəklər. Əşi, tüpürüm onların hamısına! Mən
indi nəyəm? Zero. Sabah nə ola bilərəm? Sabah dirilib,
yaşamağa başlaya bilərəm! Hələ məhv olmamış özümdəki
insanı tapa bilərəm!
Mən
onda doğrudan da, Qamburqa getdim, amma…
sonra həm təzədən Ruletenburqda oldum, həm Snada oldum,
həm də hətta yaramaz, buradakı keçmiş ağam müşavir
Qintsenin kamerdineri kimi səfər elədiyim Badendə oldum.
Bəli, tam beş ay nökərçilik də elədim. Bu həbsxanadan
sonra baş verdi. (Axı mən burdakı borclarımın
birinə görə,
Ruletenburqun həbsxanasında da yatmışdım. Naməlum
adam mənə pul verib, buraxdırmışdı – kimiydi? Mister