www.vivo-book.com
286
qayğılarıdı, amma… kim bilir:
ola bilsin, Polinayla
görüşərdim, ona danışardım, o da görərdi ki, mən taleyin
bütün bu mənasız təkanlarından ucadayam… Eh, mənim
yolum pul yolu deyil. Əminəm ki, onları Blanche kimisinin
birisinə səpələrdim, yenə Parisdə bir cütü on altı min franka
olan atlarda üç həftə gəzərdim. Mən yəqin bilirəm ki, xəsis
deyiləm. Hətta bir az bədxərcəm, – bununla yanaşı, amma
nəzarətçinin trente e tun rouge, imraire et passe,
yaxud
guatre, noir, pair et manque! qışqırtısına necə həyəcanla,
ürəyim dona-dona qulaq asıram. Üzərinə luidorlar,
fridrixsdörlər,
talerlər
səpələnmiş
oyun
masasına,
nəzarətçinin kürəyindən alov kimi yanan tığlara səpələnən
qızıl sütunlarına, yaxud çarxın ətrafındakı bir arşın
uzunluğundakı gümüş dirəklərinə necə acgözlüklə baxıram.
Hələ oyun zalına yaxınlaşanda, iki otaq qalmış səpələnən
pulların
cingiltisini eşidən kimi, demək olar, titrətməm baş
verir.
Oh, həmin axşam, yetmiş quldenimi oyun masasına
aparanda da vəziyyət yaxşıydı.
Mən on quldendən, yenə
passedən başladım. Passeyə mövhumatım var. Uduzdum.