www.vivo-book.com
290
– Deməli, hər halda məni kimin pul verib, çıxardığını
bilmirsiniz?
– Yox ey, deyə bilmərəm.
– Qəribədi, bizim ruslardan məni heç kəs tanımır, bir də
ki, burdakı ruslar heç pul verib, çıxarmazlar da.Orda
Rusiyada pravoslavlar pravoslavları pul verib, azad eləyirlər.
Mənsə elə belə də fikirləşirdim ki, hansısa qəribə bir adam –
ingilis qəribəlikdən belə eləyib.
Mister Astley mənə bir
qədər təəccüblə baxırdı. O, deyəsən, məni qəmgin, kədərli
görəcəyini fikirləşirmiş.
Amma mən sizin ruhunuzu, hətta
şənliyinizin bütün sərbəstliyini tamamilə saxladığınızı
görüb, çox sevinirəm, – o,
kifayət qədər xoşagəlməz
görkəmlə dilləndi.
–
Yəni
mənim
niyə
dərdə
batmadığıma,
alçaldılmadığıma görə? Öz içinizdə acığınızdan zəncir
çeynəyirsiniz, – gülə-gülə dedim.
O, dərhal başa düşmədi, amma başa düşüb, gülümsədi:
– Sizin iradlarınız xoşuma gəlir.
Mən bu sözlərdə öz
əvvəlki ağıllı, köhnə, coşqun, bununla yanaşı, arsız dostumu
tanıyıram; yalnız ruslar özlərində eyni zamanda bu qədər