www.vivo-book.com
293
məni pul verib, azad eləməmisinizsə, onda yəqin o eləyib.
Elə həmin vaxtdan mənim ondan heç xəbərim yoxdu.
– Yox, yox! Mən sizi onun pul verib, çıxardığını
fikirləşmirəm. O, indi İsveçrədədi, əgər məni onun barəsində
sorğu-suala tutmaqdan əl çəksəniz, çox məmnun eləyərdiniz,
– o, qətiyyətlə, hətta incikliklə dedi.
– Bu o, deməkdir ki, sizi də çox yaralayıb! – mən istər-
istəməz güldüm.
– Miss Polina – hörmətə daha artıq layiq olan bütün
varlıqlardan ən yaxşısıdı, amma sizə təkrar eləyirəm, əgər
məni, miss Polina barədə sorğu-suala tutmaqdan əl çəksəniz,
daha
məmnun
eləyərsiniz.
Siz
onu
heç zaman
tanımamısınız, sizin ağzınızdan onun adını eşitməyi öz
əxlaqi hisslərimə təhqir sayıram.
– Bəs, belə! Bununla belə, siz haqlı deyilsiniz; axı,
bundan başqa mən sizinlə nə barədə danışım, özünüz
fikirləşirsinizmi? Axı, bütün xatirələrimiz elə bundan
ibarətdi. Narahat olmayın, bununla belə, mənə sizin heç bir
daxili, sirr işiniz lazım deyil… Mən yalnız, necə deyərlər,
www.vivo-book.com
294
miss Polinanın zahiri vəziyyətilə, tək bircə indiki zahiri
vəziyyətilə maraqlanıram. Bunu iki sözlə demək olar.
– Buyurun, amma bu iki sözlə hər şey bitsin. Miss
Polina uzun müddət xəstəydi, o, indi də xəstədi. Bir müddət
o mənim anam və bacımla şimali İngiltərədə yaşadı. Yarım
il qabaq onun nənəciyəzi – həmin o, ağlıkəm qadın
yadınızdadı, – canını tapşırdı, şəxsən ona yeddi min funt
miras qoydu. İndi miss Polina mənim ərə gedən bacımın
ailəsiylə səyahət edir. Onun kiçik qardaşı və bacısı da
nənəciyəzin vəsiyyətiylə səyahətdədi. Kiçik qardaşı və
bacısı da nənənin vəsiyyətiylə təmin olunublar. Londonda
oxuyurlar. Onun atalığı General bir ay qabaq Parisdə
iflicdən öldü. Mademoiselle Blanche onunla yaxşı
davranırdı, amma generalın nənəciyəzindən aldığının
hamısını öz adına keçirməyə macal tapmışdı… budur,
deyəsən, vəssalam.
– Bəs, De-Qriye? O da İsveçrədə səyahət eləmirmi?
– Yox, De-Qriye İsveçrədə səyahət eləmir, mən onun
harda olduğunu bilmirəm, bundan başqa, birdəfəlik sizə
xəbərdarlıq eləyirəm ki, bu cür eyhamlardan, nanəcib
|