www.vivo-book.com
297
onun öz ruhu onun ruhunun və qəlbinin təbii forması təki
qəbul eləyir. Qətiyyən xoşunuza gəlməsə də, sizə etiraf
eləməliyəm
ki,
ingilislərin
əksəriyyəti
qaba,
yöndəmsizdirlər, ruslarsa gözəlliyi kifayət qədər həssaslıqla
duyurlar, ona aludədirlər. Amma qəlbin gözəlliyini
fərqləndirmək üçün, bundan ötrü həddən artıq çox sərbəstlik
və azadlıq – bir də, hər halda daha çox təcrübə lazımdı. Miss
Polinaya isə, – bağışlayın, deyiləni geri qaytara bilməzsən, –
sizi yaramaz De-Qriyedən üstün saymağı üçün çox, çox
uzun müddət gərəkdi. O sizi qiymətləndirəcək, sizin
dostunuz olacaq, bütün qəlbini sizə açacaq da, amma hər
halda bu ürəkdə nifrətamiz, yaramaz, nifrət və xırda sələmçi
De-Qriye hökmranlıq eləyəcək. Bu hətta necə deyərlər, tək
bircə inadkarlıqdan, şöhrətpərəstlikdən qalacaq, ona görə ki,
elə bu De-Qriye onun yanına bir vaxtlar nəcib markiz,
ümidsizliyə qapılmış liberal və müflis olmuş (guyamı?)
adam kimi, onun ailəsinə, yüngülbeyin generala kömək
eləyərək gəlib. Bütün bu fırıldaqlar sonra açıldı. Amma
açılması nəyisə dəyişmir: hər halda, indi ona əvvəlki De-
Qriyeni verin – bax, ona nə lazımdı! O, indiki De-Qriyeyə
www.vivo-book.com
298
nə qədər nifrət eləyirsə, əvvəlki yalnız xəyalında mövcud
olsa da, onun o qədər xiffətini çəkir, siz şəkərbişirənsiniz,
mister Astley?
– Hə, mən məşhur Lovel və Komp zavodu
kampaniyasında iştirak eləyirəm.
– Bax, görürsünüzmü, mister Astley. Bir tərəfdən
şəkərbişirən, digər tərəfdənsə– Apollon Belvederski; bütün
bunlar nəsə uyğun gəlmir. Mənsə, hətta şəkərbişirən də
deyiləm, mən sadəcə, xırda ruletka qumarbazıyam, hətta
nökərçilik də eləmişəm, bu da yəqin ki, artıq Miss Polinaya
məlumdu, ona görə ki, onun deyəsən, yaxşı polisi var.
– Siz hirslənmisiniz, ona görə də bütün bu cəfəngiyatı
danışırsınız, – mister Astley soyuqqanlılıqla, fikirləşərək
dedi. – Bundan başqa, sözlərinizdə orijinallıq yoxdu.
– Razıyam! Amma nəcib dostum, elə dəhşət də ondadır
ki, mənim bütün bu ittihamlarım nə qədər köhnəlsələr də, nə
qədər iyrənc, nə qədər məzhəkə olsalar da, – hər halda,
həqiqətdilər! Hər halda, biz sizinlə heç nəyə nail olmadıq.
– Bu murdar cəfəngiyatdı… ona görə, ona görə…
naşükür, ləyaqətsiz, cılız və bədbəxt adam, onu da bilin… –
|