Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə136/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   132   133   134   135   136   137   138   139   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
275 
“Un vrai russe, un calmouk!”
115
– o bir neçə dəfə 
eynilə öz nökəriylə levretkasını
116
gəzməyə göndərən kimi, 
generalı küçədə gəzdirməyə göndərmişdi. Mən yeri 
gəlmişkən, onu teatra da, Bal-Mabileyə də, restoranlara da 
aparırdım. Buna Blanche pul da verirdi, bununla belə
generalın öz pulu da varıydı və o adamların yanında 
cibindən pul kisəsini çıxarmağı çox sevirdi. Bir dəfə 
Paleroyalda xoşuna gələn, necə olursa olsun, Blancheyə 
bağışlamaq istədiyi sırğanı yeddi yüz franka almasına imkan 
verməmək üçün az qala güc işlətməli oldum. Yaxşı, yeddi 
yüz franklıq sırğa ondan ötrü nəydi? Generalın da pulu 
cəmi-cümlətanı min frankdan artıq deyildi. Bu pulu hardan 
aldığını heç vaxt öyrənə bilmədim. Güman eləyirəm ki, 
mister Astleydən almışdı, ona görə ki, o, oteldə onların 
əvəzinə haqq ödəmişdi. Bütün bu müddət ərzində generalın 
mənə necə baxdığına gəldikdəsə, mənim Blancheyə 
münasibətimdən deyəsən xəbərdar deyildi. O, nəsə dumanlı 
115
“Əsl rusdu, kalmıkdı!” – frans.
116
Ev iti cinsi – tərc.


www.vivo-book.com 
276 
şəkildə mənim kapital udduğumu eşitsə də, bununla belə, 
yəqin hesab eləyirdi ki, mən Blanchenin yanında müəyyən 
ev katibi, yaxud da ola bilsin, nökər kimi bir şeyəm. Ən azı, 
hələ də mənimlə həmişə təkəbbürlə, rəissayaq danışırdı, 
hətta bəzən məni töhmətləməyə də başlayırdı. Bir dəfə o 
bizdə səhər qəhvə içəndə məni və Blancheni hədsiz 
güldürdü. Qətiyyən tez inciyən adam deyildi; ondasa 
qəfildən mənə acığı tutdu, nəyə görə? – İndiyəcən başa 
düşmürəm. Amma əlbəttə, o özü də başa düşmürdü. Bir 
sözlə, əvvəli-axırı olmayan söhbət başladı, a batons-
rompus
117
, qışqırdı ki, mən uşağam, məni başa salacaq… 
öyrədəcək… və ilaxır və ilaxır. Ancaq heç kəs bir şey başa 
düşə bilmədi. Blanche qəşş eləyib gülürdü; axır ki, birtəhər 
onu sakitləşdirib gəzməyə apardılar.
Dəfələrlə sezmişdim ki, hətta Blanchenin yanında 
olmasına baxmayaraq, dərdə-qəmə batır, kiməsə, nəyəsə 
heyfi gəlir, ondan ötrü kimsə çatışmır. Bu dəqiqələrdə o, iki 
dəfə özü mənimlə söhbət eləməyə başlamışdı, amma heç 
117
Beşdən-ondan, rabitəsiz – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin