Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə135/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   131   132   133   134   135   136   137   138   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
273 
gülüşlə gülürdü, elə bil, qəşş eləyirdi: başqa vaxt bütöv 
saatlarla qalın qaşlarını çatıb, gecə kimi tutqun halda 
otururdu… hətta çox şeyləri də xatırlamırdı; biabırçı 
dərəcədə dalğın oturmuşdu, öz-özüylə danışmaq vərdişi 
qazanmışdı. Yalnız təkcə Blanche onu canlandıra bilərdi; elə 
bir küncə qısıldığı tutqun, qəzəbli tutmaları da bircə o 
deməkdi ki, Blancheni çoxdan görməyib, yaxud Blanche 
harasa gedib, amma onu özüylə aparmayıb, ya da çıxıb 
gedəndə ona nəvaziş göstərməyib. Bununla yanaşı, nə 
istədiyini özü deyə bilməzdi, tutqun, kədərli olduğundan da 
xəbəri olmazdı. Bir-iki saat oturub (mən bunu iki dəfə 
Blanche bütün günü güman ki, Albertin yanına gedəndə 
sezmişdim), o, ora-bura boylanır, vurnuxur, ətrafını axtarır, 
yadına salır, elə bil, kimisə axtarıbtapmağa çalışır; amma 
kimsəni görməyib və nə soruşmaq istədiyini heç cür ala 
bilməyib, qəfildən şən, oynaq, çılpaq Blanche cingiltili 
qəhqəhələriylə peyda olanacan huşa gedirdi; Blanche onun 
yanına qaçırdı, dartışdırmağa başlayırdı və hətta öpürdü, – 
yeri 
gəlmişkən, 
bununla 
onun 
nadir 
hallarda 
şikayətlənməyinə səbəb olurdu. Bir dəfə general onun 


www.vivo-book.com 
274 
hərəkətinə o qədər sevindi ki, hətta ağladı, – mən hətta 
təəccübləndim. 
Blanche onun bizə gəlməsinin lap əvvəlindən dərhal 
mənim qarşımda generala vəkillik eləməyə başladı. O hətta 
gəlişigözəl danışırdı; xatırladırdı ki, generala mənə görə 
xəyanət eləyib, artıq demək olar, onun nişanlısıymış, ona 
söz veribmiş; deyirdi ki, ondan ötrü general ailəsini atıb, 
nəhayət, mən onun yanında qulluq eləmişəm, bunu hiss 
eləməliyəm və deyirdi ki, heç utanmırammı…
Mən elə hey susurdum, o isə həddən artıq boşboğazlıq 
eləyirdi. Nəhayət, qəhqəhə çəkib güldüm, məsələ bununla da 
bitdi.Yəni əvvəlcə o fikirləşdi ki, mən axmağam, axırdasa, 
mənim yaxşı, üzüyola adam olmağım fikrinin üzərində 
dayandı. Bir sözlə, axırda bu ləyaqətli qızın tam rəğbətini 
qəti qazanmaq xoşbəxtliyinə nail oldum. (Yeri gəlmişkən, 
Blanche doğrudan da, həddən artıq xeyirxah qızıydı, – 
amma şübhəsiz ki, özünəxas tərzdə; əvvəlcə mən onu belə 
qiymətləndirmirdim.) “Sən ağıllı, xeyirxah adamsan, – o 
axırda mənə deyirdi, – və… və… amma təəssüf ki, belə 
axmaqsan! Sən heç bir şey, heç bir şey qazanmayacaqsan!” 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin