www.vivo-book.com
266
düşmür, onun üstünə düşməyin xeyri yoxdu”. Fikirləşib,
sadəcə, izahına ara verirdi. Bəzən çıxıb gedirdi,
amma on
dəqiqədən sonra yenə geri qayıdırdı (bu onun ən coşqun,
bizim vəsaitimizə tamamilə uyğun gəlməyən bədxərclikləri
zamanı baş verirdi: məsələn, o, atları dəyişib, bir cütünü on
altı min franka alıb).
– Hə, necəsən, Bibi, incimirsən? – o mənə yaxın gəldi.
– Yo-o-ox! Bezmi-ş-ə-əm! –
onu əlimlə özümdən
aralayıb deyirdim, amma bu ondan ötrü elə maraqlıydı ki,
dərhal böyrümdə otururdu.
– Görürsən, əgər
bu qədər pul verməyi qərara
almışamsa, bunu ona görə eləmişəm ki, onları təsadüfən
satırdılar. Atları təzədən iyirmi min franka satmaq olar.
– İnanıram, inanıram.Gözəl atlardı.İndi sən də yaxşı at
minirsən.Lazım olar.Hə, bəsdi.
– Deməli, incimirsən?
– Nəyə görə axı? Sən ağıllı
iş görürsən ki, özün üçün
bir para lazımlı şeylərin ehtiyatını tutursan. Bütün bunlar
sonra lazımın olacaq. Görürsən ki, sən, doğrudan da, bu cür