www.vivo-book.com
261
– Bəs general? – ondan soruşdum.
– Generalsa özün bilirsən, hər gün bu vaxt məndən ötrü
gül dəstəsinin dalınca gedir. Bu dəfə qəsdən ən nadir gülləri
axtarıb tapmağı tapşırdım. Bədbəxt vurnuxur, quşsa uçub
getdi. O, dalımızca uçub gələcək, görərsən. Ha, ha, ha! Mən
çox şad olacağam. Parisdə mənə lazım olacaq;
burda onun
əvəzində mister Astley pul verir. Bax, onda Parisə elə bu cür
getdim.
XVI FƏSİL
Paris barədə nə deyə bilərəm? Əlbəttə, bütün bunların
hamısı sayıqlama və axmaqlığıydı. Mən Parisdə cəmi üç
www.vivo-book.com
262
həftədən bir qədər çox yaşadım, həmin müddətdə də yüz
min frankımın tamamilə axırına çıxdım. Mən yalnız yüz min
frank barədə danışıram; qalan
yüz mini m-lle Blancheyə
nağd pul kimi verdim, –Frankfurtda əlli min və üç gündən
sonra Parisdə də elə əlli min frank borc kağızıyla verdim,
bununla belə, bir həftədən sonra məndən pulu da aldı, “et les
sent miele francs, qui nois restent tu les mangeras aves moi
mon outchitel”
104
. O məni daim müəllim adlandırırdı.
Dünyada m-lle Blanche kimi varlıqlara
oxşayan sərhesab,
xəsis, acgöz bir şey təsəvvür eləmək çətindi. Amma bu öz
puluna münasibətdə belədi. Mənim yüz min frankıma
gəldikdə, o, sonra bir məsələni elan elədi ki,
bu pullar ona
Parisdə öz yerini bərkitməkçün lazımdı. “Beləliklə, mən
həmişəlik əməlli-başlı ayağa durmuşam, indi daha uzun
müddət məni heç kəs çökdürə bilməz.Ən azı
belə qət
eləmişəm”.
104
Bizim qalan yüz min frankımızı da sən mənimlə
yeyəcəksən, müəllimim – frans.