www.vivo-book.com
264
böcəklərini
də
qarşılamağa,
əyləndirməyə
məcbur
edilmişdim.Bu isə artıq çox şey deməkdi. Onlar hətta məni
ələ salmaq fikrinə düşdülər, amma mən şampandan vurdum
və arxa otaqda uzanıb yatdım. Bunlar məndən ötrü həddən
artıq iyrənciydi.
“C’est un outchitel, – Blanche mənim barəmdə deyirdi,
il a dadne deux cent mile franch
105
və mənsiz onların necə
xərclənəcəyini bilməzdi. Sonra təzədən müəllimliklə məşğul
olacam; – bir kimsə yer bilirmi? Ondan ötrü nəsə eləmək
lazımdı”.
Şampana çox tez-tez əl atmağa başladım,
ona görə ki,
həmişə çox kədərliydim, hədsiz darıxırdım. Mən hər qəpiyin
hesablandığı, ölçülüb-biçildiyi ən burjuy, ən pulgir mühitdə
yaşayırdım. Blanche ilk iki həftə məni qəti sevmirdi, bunu
sezirdim; düzdü, məni şıq geyindirirdi, hər gün qalstukumu
özü bağlayırdı, amma qəlbində səmimi qəlbdən mənə nifrət
eləyirdi. Mən buna qətiyyən fikir vermirdim. Adətən tutqun,
105
Bu müəllimdi… o, iki yüz min frankı udub – frans.