Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə133/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   129   130   131   132   133   134   135   136   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
269 
jeunnese se passe
113
.Əgər o məndən əvvəl olubsa, sən onu 
sevirsənsə, qovlamayacaqsan ki. Amma sən ona pul vermə, 
eşidirsən? 
– Deməli, sən buna görə də incimirsən? Mais tu es un 
vrai philosope, sais-tu? Un vrai philosopu! – o, vəcdlə 
qışqırdı. – Eh, bein, je t’aimerai, je t’aimerai – tu verras, tu 
sera content!
114
Doğrudan da,həmin vaxtdan o mənə hətta deyəsən
həqiqətən, həm də dostyana bağlandı və son on günümüz 
belə keçdi… 
Mən vəd edilən “ulduzları” görmədim: müəyyən 
məsələlərdə o, doğrudan da, verdiyi sözə əməl elədi. Üstəlik, 
məni hətta həddən artıq özünəxas gözəl qadın olan, bizim 
çevrəmizdə Therese-philosophe adlanan Hortenseylə tanış 
elədi. 
113
Cavanlıqda ağılsızlıq eləmək lazımdı – frans.
114
Amma sən əsl filosofsan bilirsən? Əsl filosof!.. Hə, mən 
səni sevəcəyəm, sevəcəyəm – görərsən, sən razı qalacaqsan 
– frans.


www.vivo-book.com 
270 
Bununla belə, bu barədə gen-bol danışmalı bir şey 
yoxdu; bütün bunlar mənim bu povestə daxil etmək 
istəmədiyim xüsusi hekayə ola bilərdi. Məsələ burasındadı, 
var qüvvəmlə arzulayırdım ki, bütün bunlar tez başa çatsın. 
Amma bizim yüz min frankımız artıq dediyim kimi, demək 
olar, bir aya bəs elədi, – buna da səmimi-qəlbdən 
təəccüblənirdim: ən azı, bu puldan səksən min franka 
Blanche özünə şey-şüy aldı və biz hardasa iyirmi frankdan 
az pula yaşadıq – hər halda, bəs elədi. Axır-axırda mənimlə 
artıq demək olar, səmimi olan Blanche (ən azı, bəzi 
məsələlərdə yalan danışmırdı) boynuna aldı ki, hər halda 
onun götürməyə məcbur olduğu borc mənim üstümdə 
qalmayacaq. “Hesabları və borc kağızlarını mən sənə 
imzalamaq üçün vermirdim, – o mənə deyirdi, – ona görə ki, 
sənə yazığım gəlirdi, başqasısa bunu mütləq eləyərdi, səni 
türməyə saldırardı. Görürsən, görürsən, mən səni necə 
sevirdim, mən necə xeyirxaham. Təkcə bu lənətəgəlmiş toy 
mənə nəyə başa gələcək!” 
Bizim, doğrudan da, toyumuz olmuşdu. Bu mərasim 
birgə keçirdiyimiz ayın axırında baş vermişdi.Ehtimal 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin