Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə134/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   130   131   132   133   134   135   136   137   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
271 
eləmək lazımdı ki, ona mənim yüz min frankımın lap 
axırıncı tör-töküntüləri getmişdi; məsələ bununla da 
tamamlandı, yəni ayımız bununla da başa çatdı, mən də 
bundan sonra formal olaraq istefaya çıxdım. 
Bu belə baş verdi: bizim Parisə köçürülməyimizdən bir 
həftə sonra general petda oldu. O, birbaşa Blanchenin yanına 
gəldi, elə birinci görüşündən də bizdə qaldı. Düzdü, onun 
hardasa öz balaca otağı varıydı. Blanche onu sevinclə, şən-
şadman, qaqqıltıyla qarşıladı və hətta qucaqlamaq üçün 
atıldı; iş elə gətirdi ki, özü generalı buraxmırdı, o da hər 
yerdə onun dalınca gəzirdi: bulvarda da, gəzintidə də, 
teatrda da, tanışların yanına gedəndə də. General hələ bu cür 
istifadəyə yarayırdı: o, kifayət qədər əsil-nəcabətli, abırlıydı, 
boyca demək olar, ucaydı, boyalı bakenbardları, kiçik bığları 
(o əvvəllər süvari hissəsində xidmət eləmişdi), bir qədər 
şişman olsa da, görkəmli sifəti vardı. Onun hərəkətləri çox 
gözəliydi, frakı rahat geyinirdi. O, Parisdə öz ordenlərini 
taxmağa başladı. Beləsiylə bulvarda gəzişmək nəinki olardı, 
əksinə, belə demək mümkünsə, hətta məsləhətliydi. 


www.vivo-book.com 
272 
Ürəyiyumşaq, kütbeyin general bütün bunlardan dəhşətli 
dərəcədə məmnunuydu.
O, Parisə səfəri zamanı bizə gələndə buna qətiyyən 
ümid bəsləmirdi. Onda az qala əsə-əsə hey fikirləşirdi ki, 
Blanche qışqıracaq, onu qovmağı tapşıracaq; elə ona görə də 
işlər bu cür dəyişəndə vəcdə gəldi, bütün bu ayı anlaşılmaz 
mənasız – coşqun vəziyyətdə oldu; onu elə bu vəziyyətdə də 
qoydum. Artıq burda təfərrüatıyla öyrəndim ki, bizim 
Ruletenburqdan qəfil gedişimizdən sonra onun başına nə 
gəlib.Elə həmin səhər ürəktutması kimi bir şey baş verib. 
Huşsuz halda yıxılıb, sonrasa bütün həftəni demək olar, 
dəlisayaq olub, ağlına gələni danışıb. Onu müalicə eləyiblər, 
amma qəfildən hər şeyi atıb, vaqona əyləşib və Parisə gəlib. 
Şübhəsiz, Blanchenin qəbulu ondan ötrü ən yaxşı dərman 
oldu; amma sevinc, vəcd dolu vəziyyətinə baxmayaraq, 
xəstəliyinin əlamətləri uzun müddət keçəndən sonra da 
qalırdı. O artıq mülahizə yürütməyi, yaxud ciddi söhbət 
aparmağı qətiyyən bacarmırdı; belə hallarda hər sözün 
cavabında “hm!” deyir, başını tərpədirdi, – bununla da 
canını qurtarırdı. Tez-tez, amma qəribə bir əsəbi, xəstə 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin