www.vivo-book.com
259
üstündə qalmışdı; mən onları yığışdırdım. Həmin
dəqiqələrdə qapı açıldı, ober general özü (əvvəl mənə
baxmaq istəməyən) dəvətlə peyda oldu; aşağı, bayaq qraf B-
nın durduğu əla nömrəyə köçmək istəmirəmmi?
– Hesabı gətirin! – qışqırdım,
indi gedirəm, on
dəqiqədən sonra.
– “Parisdi, qoy Paris olsun!” – öz-özümə fikirləşdim,
görünür, alnıma belə yazılıbmış.
On beş dəqiqədən sonra biz həqiqətən üçlükdə: mən, m-
lle Blanche et m-me veuve
Sominges eyni ümumi ailə
vaqonunda əyləşmişdik. M-lle Blanche mənə baxa-baxa,
özündən gedənəcən qəhqəhə çəkib gülürdü. Veuva
Cominges
onun səsinə səs verirdi; mənim şad olduğumu
deyə bilmərəm; həyatım ikiyə qırılmışdı,
amma dünənki
gündən bəri hər şeyi qumara qoymağa adət eləmişdim. Ola
bilsin, pula tab gətirmədiyimi və başımın gicəlləndiyi
həqiqətən doğrudu. Peut-etre je ne demandais, pas mieux
101
.
101
Bəlkə də mənə elə bu lazımmış – frans.