www.vivo-book.com
252
– Amma onu müalicə etdirmək lazımdı axı mister
Astley.
– Bəs necə, mən artıq həkim çağırmışam, əgər o ölsə,
onda siz onun ölümünə görə cavab verəcəksiniz.
Mən heyrətləndim:
– Rəhm eləyin, mister Astley, siz nə istəyirsiniz?
– Doğrudumu ki, dünən iki yüz min taler udmusunuz?
– Cəmi-cümlətanı yüz min florin.
– Bax, görürsünüz! Beləliklə, bu gün səhər çıxıb gedin
Parisə.
– Niyə?
– Bütün ruslar pulları olanda, Parisə gedirlər, – mister
Astley elə səslə, elə tərzdə izah elədi ki, elə bil bunu
kitabdan oxuyurdu.
– İndi yayda Parisdə neyləyəcəyəm? Mən oranı
sevirəm, mister Astley! Özünüz bilirsiniz.
– Doğrudanmı? Mən əminəm ki, yox. Üstəlik də, burda
qalıb, yəqin ki, hamısını uduzacaqsınız, Parisə getməyə də
pulunuz olmayacaq. Amma əlvida, mən tamamilə əminəm
ki, siz bu gün Parisə gedəcəksiniz.
www.vivo-book.com
253
– Yaxşı, əlvida, ancaq mən Parisə getməyəcəyəm.
Mister Astley, indi bizim başımıza nə gələcəyi barədə
fikirləşin. Bir sözlə, general… indi də miss Polinayla bu
macəra, – axı bu, bütün şəhərə yayılacaq.
– Hə, bütün şəhərə yayılacaq; generalsa, məncə, bu
barədə fikirləşmir, bu onun vecinə də deyil. Üstəlik də miss
Polina harda istəsə, orda dayaşmaq hüququna malikdir. Bu
ailə barədəsə belə demək düzgündü ki, artıq bu cür ailə
möcud deyil. Mən gedirdim, bu ingilisin Parisə
yollanacağımla bağlı qəribə əminliyinə də gülürdüm.
“Amma o məni dueldə öldürmək istəyir, – fikirləşirdim, –
mademoiselle Polinaya yazığım gəlirdi, amma qəribəydi –
dünən oyun masasına toxunduğum, pul dəstlərini
götürdüyüm həmin dəqiqədən, elə bil, sevgim ikinci plana
keçmişdi. Bunu indi deyirəm; amma onda hələ bütün
bunların hamısını aydın hiss eləmirdim. Doğrudanmı, mən
əsl oyunçuyam, doğrudanmı mən Polinanı həqiqətən… belə
qəribə tərzdə sevmişəm? Yox, onu indiyədək sevirəm, Allah
şahiddi! Ondasa mister Astleyin yanından çıxıb evə
gedəndəsə səmimi əzab çəkir, özümü günahlandırırdım”,
|