Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə124/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   120   121   122   123   124   125   126   127   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
250 
nikaha qadağa qoymaq, qulaq asmadığından bu mirasdan 
məhrum eləmək üçün gəlib. Oğlu doğrudan da, qulaq 
asmadığından, qrafinya qəsdən gözlərinin qabağında bütün 
pullarını ruletkada uduzdu ki, ona artıq heç nə çatmasın.
“Diesse Rusen!”
88
– ober-kelner təəccüblə başını 
bulaya-bulaya təkrar eləyirdi. Başqaları gülürdülər. Ober-
kelner hesab hazırlayırdı. Mənim uduşum artıq məlumuydu: 
dəhliz xidmətçim Karl məni birinci təbrik elədi. Amma 
onlarlıq halım yox idi. Mən d’Anqleterre otelinə cumdum. 
Hələ teziydi; mister Astley heç kəsi qəbul eləmirdi; 
mənim gəldiyimi eşidəndəsə, dəhliz qabağına çıxdı, 
dinməzcə qalay kimi ağır baxışlarını üzümə dikib qarşımda 
durdu, gözlədi ki, nə deyəcəyəm. Mən o dəqiqə Polinanı 
soruşdum. 
– O xəstədi, – mister Astley hələ də dimdik üzümə 
baxa-baxa və gözlərini məndən çəkmədən cavab verdi. 
– O, doğrudanmı, sizin yanınızdadı? 
– Hə də, mənim yanımdadı. 
88
“Bu ruslar!” – alm.


www.vivo-book.com 
251 
– Bəs, siz necə… siz onu öz yanınızda saxlamaq 
niyyətindəsiniz? 
– Bəs necə.Məhz bu fikirdəyəm. 
– Mister Astley, bu, qalmaqal yaradacaq; belə iş tutmaq 
olmaz. Üstəlik də o, əməlli-başlı xəstədi.Bəlkə siz 
sezməmisiniz? 
Əlbəttə sezmişəm, sizə də artıq dedim ki, o xəstədi. 
Əgər xəstə olmasaydı, gecəni sizin yanınızda keçirməzdi. 
– Deməli, bunu da bilirsiniz? 
– Bunu bilirəm. O, dünən bura gəlirdi, mən də onu 
qohumumgilə aparardım, amma xəstə olduğundan səhv 
eləyib, sizin yanınıza gəlib. 
– Bir işə baxın! Yaxşı, sizi təbrik eləyirəm, mister 
Astley. Yeri gəlmişkən, siz mənə ideya verirsiniz: bütün 
gecəni pəncərəmizin altında durmamısınızmı? Miss Polina 
bütün gecəni məni pəncərəni açıb baxmağa məcbur eləyirdi 
ki, görüm siz pəncərənin altında durursunuzmu, dəli kimi də 
gülürdü. 
– Doğrudanmı? Yox, pəncərənin altında durmurdum; 
amma dəhlizdə dayanmışdım, ətrafda gəzişirdim. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin