www.vivo-book.com
243
qucaqladım, əllərini, ayaqlarını öpdüm, öpdüm, qabağında
diz çökdüm.
Əsəb tutması ötüb keçirdi. O,
hər iki əlini çiynimə
qoydu və diqqətlə məni gözdən keçirdi; deyəsən, üzümdə
nəsə oxumaq istəyirdi. Məni eşidirdi, amma görünür, ona nə
dediyimi dərk eləmirdi. Üzündə qəribə qayğı və ifadə peyda
olmuşdu.
Mən ondan ötrü qorxurdum; qəti bu fikirdəydim
ki, ağlını itirməyə başlayıb. Gah qəfildən məni özünə sarı
çəkirdi –üzündə sadəlövh təbəssüm dolaşırdı –
gah da
qəfildən geri itələyirdi və yenə tutqun baxışlarla məni
nəzərdən keçirməyə başlayırdı. Qəfildən cumub məni
qucaqladı.
– Axı sən məni sevirsən, sevirsən? – deyirdi. – Axı sən,
axı sən… məndən ötrü baronla dalaşmaq istəyirdin! –
qəfildən qəhqəhə çəkib güldü, elə bil birdən yaddaşında nəsə
gülməli və məhrəm bir şey peyda oldu… O,
eyni vaxtda
həm gülürdü, həm ağlayırdı. Yaxşı, mən nə eləyə bilərdim?
Özüm sanki qızdırma içindəydim. Yadımdadı, mənə nəsə
danışmağa başlayırdı, amma demək olar ki, heç nə başa düşə
bilmirdim. Bu anlaşılmaz sayıqlama, anlaşılmaz danışığıydı