www.vivo-book.com
236
Mən oyunu qətiyyən bacarmırdım, kartda da olan qırmızıdan
və qaradan başqa demək olar, heç bir qoyuluşu bilmirdim.
Elə onlara da uydum. Bütün vağzal başıma yığışmışdı.
Yadımda deyil, həmin vaxt heç olmasa, bir dəfə Polina
barədə fikirləşdimmi? Onda qabağımda yığın-yığın qalanan
kağız pulları qapmağa, kürüməyə qəribə qarşısıalınmaz nəşə
duyurdum.
Doğrudan da, elə bil, məni qismətim itələyirdi. Bu dəfə
sanki qəsdən, yeri gəlmişkən, oyunla tez-tez təkrar olunan
bir əhvalat baş verdi. Məsələn, xoşbəxtlik qırmızının üzünə
güləndə, on dəfə, hətta on beş dəfə dalbadal əl çəkmir. Mən
hələ üçüncü gün eşitmişdim ki, ötən həftə hətta iyirmi iki
dəfə çıxıb; bunu heç ruletkada da eşitməmişdilər, heyrətlə
danışırdılar. Şübhəsiz, hamı dərhal qırmızıdan əl çəkib, artıq
onuncu dəfədən sonra məsələn, demək olar, heç kəs ona pul
qoymağa risk eləmir. Bununla belə, onda təcrübəli
oyunçuların heç biri qırmızının əksi olan qaraya da pul
qoymur. Təcrübəli oyunçu bilir ki, deməli, bu “təsadüfün
şıltaqlığıdı”. Məsələn, adama elə gəlir ki, on altı dəfə qırmızı
çıxandan sonra on yeddinci zərbə mütləq qaraya dəyəcək.
www.vivo-book.com
237
Təcrübəsizlər dəstə-dəstə bunun üzərinə atılırlar, qoyuluşu
ikiqat, üçqat artırır, əməlli-başlı uduzurlar.
Amma mən anlaşılmaz qəribə şıltaqlığım üzündən
qırmızının yeddi dəfə dalbadal çıxdığını sezib, qəsdən ona
uydum. Əminəm ki, burda yarısı şöhrətpərəstliyin
hesabındaydı;
mən
tamaşaçıları
ağılsız
risklə
heyrətləndirmək istəyirdim – qəribə duyğudu – açıq-aşkar
xatırlayıram ki, məni qəfildən doğrudan da, hər hansı
şöhrətpərəstlik nümayişi olmadan, dəhşətli risk ehtirası
bürüdü. Ola bilsin, bu qədər hisslərdən keçəndən sonra ürək
doymur, yalnız onlardan qəzəblənir, daha bir, həm də daha
da güclü, lap əldən düşənə qədər hiss tələb eləyir. Həqiqətən
goplamıram, əgər oyunun nizamnaməsi bir dəfəyə əlli min
florin qoymağa icazə versəydi, yəqin ki, o pulu qoyardım.
Dörd yanımda qışqırırdılar ki, bu ağılsızlıqdı, qırmızı artıq
on dördüncü dəfədi çıxır!
– Monsieur o gagne deja cent mile florins
87
–
böyrümdə kiminsə səsi gəldi. Qəfildən ayıldım. Necə? Mən
87
Cənab artıq yüz min florin udub – frans.
|