Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə114/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   110   111   112   113   114   115   116   117   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
230 
səhərdən gecəyarısınacan oynayırlar.Düzünə qalsa, əgər 
mümkün olsaydı, bütün gecəni səhərəcən oynayardılar. 
Həmişə gecə saat on ikidə oyun zalları bağlananda da, 
təəssüf 
içində dağılışırlar. Baş nəzarətçi ruletka 
qapanmamışdan qabaq, saat on ikiyə yaxın, “Les trois 
dernies çoups, messieurs!”
84
elan eləyəndə, bəzən bu üç son 
zərbəyə ciblərində nə varsa, hamısını qoymağa hazır olurlar, 
– doğrudan da, elə burdaca çox vaxt uduzurlar.
Mən 
bayaq 
nənənin 
oturduğu həmin masaya 
yaxınlaşdım. O qədər də darısqallıq deyildi, beləliklə, çox 
tezliklə masanın arxasında ayaq üstə yer tutdum. Düz 
mənim qənşərimdə, yaşıl örtüyün üzərində “Passe” sözü 
yazılmışdı. “Passe” – on doqquzdan axırıncı da daxil 
olmaqla otuz altıyacan rəqəmlər sırasıdı. Birinci sıra isə 
birdən on səkkizəcən sonuncuyla birlikdə “Manque” adlanır; 
amma bunluq halımmı varıydı? Oyunu başlayıb axırıncı 
zərbənin hansı rəqəmə düşdüyünü hesablamadım, hətta 
84
“Axırıncı üç oyun, cənablar!” – frans.


www.vivo-book.com 
231 
eşitmədim, bu barədə də soruşmadım – hər bir azacıq ümid 
bəsləyən oyunçu bunu eləyərdi… 
Mən 
olan-qalan 
iyirmi fridrixsdörümü çıxarıb
qarşımda duran “passe”yə atdım. 
– Vinqt deux!
85
– nəzarətçi qışqırdı. Uddum, yenə 
hamısını qoydum: əvvəlkini də, uduşu da. 
– Trente et un
86
– nəzarətçi səsləndi. Yenə uduş! 
Deyəsən, mənim cəmi səksən fridrixsdörüm oldu! Mən 
bütün səksən fridrixsdörü on iki orta rəqəmə (üçqat uduş, 
amma özümə qarşı iki şans) sürüşdürdüm – çarx fırlandı və 
iyirmi dörd çıxdı. Mənə üç əlli fridrixsdörlük bağlama, on 
qızıl pul saydılar; cəmi əvvəlkilərlə iki yüz fridrixsdörüm 
oldu. 
Elə bil, qızdırma içindəydim, bütün bu pul qalığını 
qırmızının üstündə sürüşdürdüm – qəfildən də özümə 
gəldim! Bütün bu gecəki oyun ərzində yalnız bir dəfə qorxu 
canımı buza döndərdi, əl-ayağım əsməyə başladı. Dəhşət 
85
İyirmi iki – frans.
86
Otuz bir – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin