www.vivo-book.com
235
– Çıxın gedin, çıxın gedin, –
sağ tərəfimdən kiminsə
səsi qulağıma pıçıldayırdı. Bu tanımadığım Frankfurt
cuhuduydu; o, həmişə böyrümdə dururdu, deyəsən, bəzən
oyunda kömək eləyirdi.
–
Allah xətrinə, çıxın gedin, – sol qulağıma başqa bir
səs pıçıldadı. Gözümün ucuyla baxdım. Çox ciddi, gözəl
geyinmiş otuz yaşına yaxın, qəribə ağrılı-solğun,
yorğun
üzlü, amma indi də əvvəlki əsrarəngiz gözəlliyini qoruyan
xanım idi. Həmin dəqiqələrdə mən necə gəldi, bürmələdiyim
kağız pullarla ciblərimi doldurur, masanın üstündə qalmış
qızılları
yığışdırırdım.
Əlli
fridrixsdörün
axırıncı
bağlamasını qapıb, tamam hiss olunmadan solğun üzlü
qadının ovcuna basmağa macal tapdım; onda bu işi tutmağı
dəhşətli
dərəcədə istəmişdim, yadımdadı, onun nazik, arıq
barmaqları qızğın minnətdarlıq əlaməti olaraq əlimdən
yapışdı. Bütün bunların hamısı bir göz qırpımında baş verdi.
Hamısını yığışdırıb, cəld trente et quaranteyə keçdim.
Trente et quarantenin arxasında kübar cəmiyyət oturur.
Bunlar ruletka yox, kartdı. Burda
bank bir dəfəyə yüz min
taler ödəyə bilir. Burda da ən çox qoyuluş dörd min florindi.