Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə112/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   108   109   110   111   112   113   114   115   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
226 
bilirdim. O fikirləşirdi ki, mən axtarıram… mən təkid 
eləyəcəyəm… (Sözünü bitirməyib dayandı, dodağını dişlədi 
və susdu) mən qəsdən ona olan nifrətimi ikiqat artırırdım, – 
təzədən başladı, – gözləyirdim ki, görüm necə hərəkət 
eləyəcək? Əgər miras barədə teleqram gəlsəydi, bu axmağın 
(atalığımın) borcunu üstünə tullayıb, onu qovardım! Ona 
çoxdan, lap çoxdan nifrət eləyirdim. Ah, o, əvvəlki adam 
deyildi, indisə, indisə!.. Ah, indi bu əlli mini onun yaramaz 
sifətinə necə xoşbəxtliklə çırpardım və tüpürərdim… həm də 
tüpürcəyimi yayardım! 
– Amma kağız, onlara qaytarılmış əlli minlik girov 
kağızı...Axı bu kağız generaldadı? Alın, De-Qriyeyə verin. 
– Ah, yoxsa! Yoxsa!.. 
– Hə, doğrudu, doğrudu, yoxsa! Həm də indi general 
nəyə qabildi axı? Bəs nənə? – qəfildən qışqırdım. Polina 
qəribə tərzdə, dalğın və hövsələsiz halda mənə baxdı. 
– Nənə nəyə görə? – Polina incikliklə dilləndi, – mən 
onun yanına gedə bilmərəm… Bir də ki, heç kəsdən sədəqə 
ummaq istəmirəm, – əsəbi halda əlavə elədi. 


www.vivo-book.com 
227 
– Neyləsəyən, axı! – səsləndim. – Bir də bu De-Qriyeni 
necə, hə, necə sevə bilmisən? Ah, əclaf, əclaf! Hə, 
istəyirsiniz, onu dueldə ödürüm! O, indi hardadı? 
– Frankfurtdadı, üç gün orda qalacaq. 
– Bircə sözünüz bəsdi ki, elə sabah, birinci qatarla 
gedim! – mən qəribə axmaq coşqunluq içində dilləndim. O, 
rişxəndlə güldü. 
– Nolar, o, üstəlik deyər, zəhmət olmasa, əvvəlcə əlli 
min frankı qaytarın. Həm də nəyə görə dalaşsın, axı?.. Bu nə 
cəfəngiyatdı! 
– Yaxşı, bu əlli min dolları hardan, hardan alaq, – mən 
dişlərimi qıcırdada-qıcırdada təkrar elədim – elə bil, o 
pulları qəfildən yerdən götürmək mümkünüydü. – Qulaq 
asın? Mister Astley? – qəribə bir ideyanın başlanğıcıyla ona 
müraciət eləyib soruşdum. Onun gözləri parıldadı. 
– Nolar, bəyəm, sən özün istəyirsən ki, yanından bu 
ingilisin yanına gedim? – O, sirayətedici baxışlarla üzümə 
baxaraq, acı-acı gülümsəyib dilləndi. Həyatında birinci kərə 
mənə “sən” dedi. Deyəsən, bu dəqiqələrdə onun həyəcandan 
başı hərləndi, birdən elə bil, haldan düşüb divana oturdu. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin