www.vivo-book.com
229
Ola bilsin,
burda daha nəsə, öncəduyumların müəyyən
uyğunluğu, hansısa qeyri-adi iradə qüvvəsi – öz fantaziyanla
zəhərlənmə, yaxud daha nəsə var, –
bilmirəm; amma bu
axşam mənim başıma möcüzəli hadisə (ömrümdə heç vaxt
unutmayacağım) gəldi. Bu hadisə riyazi cəhətdən tamamilə
əsaslansa da, bununla belə – məndən ötrü indiyədək möcüzə
olaraq qalır. Bir də bu inam onda və artıq
belə çoxdan
mənim qəlbimdə niyə belə möhkəm yuva qurdu? Deyəsən,
doğrudu, mən bu barədə götür-qoy eləyirdim, – sizə təkrar
deyirəm, – başqa hadisələrin sırasında ola biləcək (amma
belə çıxır ki, həm də olmayacaq)
hadisə kimi yox, belə bu
cür artıq baş verməsi mümkünsüz olan hadisə kimi!
Saat on birə on beş dəqiqə işləmişdi;
mən vağzala heç
zaman hiss eləmədiyim möhkəm ümid və həyəcanla girdim.
beləsini. Oyun zallarında camaat səhərkindən iki dəfə az
olsa da, hələ yetərincəydi.
Saat on birdə oyun masalarının arxasında əsl fədakar
oyunçular qalır, onlardan kurorta yalnız onun üçün gəliblər,
ətrafda baş verənlərə
o qədər də fikir vermirlər, bütün
mövsüm ərzində də heç nəylə maraqlanmırlar, yalnız