www.vivo-book.com
233
və
öz aralarında danışdılar. Hər tərəfdə danışır,
gözləyirdilər.
Qara çıxdı. Daha burda nə hesabı bilirdim, nə də
qoyuluşlarımın
qaydasını.
Yalnız
yuxudakısayaq
xatırlayıram ki, deyəsən, artıq on altı
min florin udmuşam;
qəfildən üç nəhs zərbə ilə o pulların on iki minini buraxdım;
sonra axırıncı dörd mini “passe”yə (amma bu zaman artıq
heç nə hiss eləmirdim;
nəsə elə belə, fikirsiz-zadsız
gözləyirdim) qoydum, yenə uddum. Yalnız onu xatırlayıram
ki, min florinlərlə pul götürdüm; onu da yadıma salıram ki,
hamısından çox mənim bağlandığım on iki orta rəqəm
çıxırdı. Bu rəqəmlər qəribə
tərzdə müntəzəm peyda
olurdular – mütləq üç-dörd dəfə dalbadal çıxırdılar, sonra iki
dəfə yox olurdular, sonra yenə üç, ya dörd dəfə dalbadal geri
qayıdırdılar. Bu heyrətamiz müntəzəmlik bəzən zolaqlarla
rast gəlir – bax, elə bu da əllərində
karandaş hesablayan
yazı-pozu oyunçularını çaşdırır. Bəzən də burada taleyin elə
dəhşətli istehzaları baş verir ki!
Məncə,
gəlişimdən
yarım saatdan artıq vaxt
keçməmişdi. Qəfildən nəzarətçi məni xəbərdar elədi ki, otuz