Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə118/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   114   115   116   117   118   119   120   121   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
238 
bu axşam yüz min florin udmuşam! Axı bundan artığı 
nəyimə lazımdı? Pulların üstünə atıldım, büküb cibimə 
soxdum, bütün qızıllarımı bağlamalarımı saymadan 
kürüdüm, vağzaldan qaça-qaça çıxdım. Mən zallardan 
keçəndə ətrafımdakıların hamısı şişmiş ciblərimə, qızılın 
ağırlığından yöndəmsiz yerişimə baxıb gülüşürdülər. Məncə, 
pulların çəkisi yarım puddan xeyli çoxuydu. Bir neçə əl 
mənə sarı uzandı; çəngə-çəngə, ovcum nə qədər tutur 
paylayırdım. İki cuhud çıxışda qabağımı kəsdi. 
– Siz cəsarətlisiniz! Siz çox cəsarətlisiniz! – mənə 
dedilər, – amma sabah səhər mütləq çıxıb gedin, mümkün 
qədər tez, yoxsa hamısını, hamısını uduzacaqsınız…
Onlara qulaq asmadım. Xiyaban qaranlığıydı, elə 
qaranlığıydı ki, öz əllərini seçmək mümkün deyildi. Otelə 
qədər yarım verstəcən olardı. Heç zaman, hətta azacıq da 
olsa, nə oğrulardan, nə quldurlardan qorxmuşdum: indi də 
onlar barədə fikirləşmirdim. Yeri gəlmişkən, yolboyu nə 
haqda fikirləşdiyimi xatırlamıram; fikir yoxuydu. Yalnız 
anlaşılmaz dəhşətli nəşə – uğurun, qələbənin, qüdrətin – 
bilmirəm, necə ifadə eləyim – duyurdum. Qarşımda 


www.vivo-book.com 
239 
Polinanın obrazı görünüb, yox olurdu; xatırlayırdım, dərk 
eləyirdim 
ki, onun yanına gedirəm, indi onunla 
görüşəcəyəm, ona danışacağam, göstərəcəyəm… amma 
artıq bir az qabaq mənə nə dediyini də, nəyə görə getdiyimi 
də güclə xatırlayırdım, cəmi saat yarım əvvəl olan həmin 
bayaqkı duyğular indi daha məndən ötrü nəsə çoxdan ötüb-
keçmiş, düzəliş edilmiş, köhnəlmiş görünürdü – artıq bunları 
bir daha xatırlayacağıq, ona görə indi hər şey təzədən 
başlayacaq. Xiyabanın az qala lap qurtaracağında məni 
qəfildən qorxu bürüdü: “Əgər indi məni soysalar, öldürsələr, 
nə olar?” Hər addım atdıqca qorxum ikiqat artırdı. Demək 
olar ki, qaçırdım. Qəfildən xiyabanın sonunda saysız-
hesabsız lampalarla işıqlandırılmış otelimiz göründü, – 
Allah, sənə çox şükür: evdəyəm!
Yaşadığım mərtəbəyəcən qaçdım, cəld qapını açdım. 
Polina burdaydı, mənim divanımda, yandırılmış şamın 
qarşısında əlləri qoynunda oturmuşdu. O, heyrətlə mənə 
baxdı, əlbəttə, bu dəqiqələrdə yetərincə qəribə görkəmim 
varıydı. Mən qabağında dayandım, bütün pul dəstlərimi 
masanın üstünə atmağa başladım.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin