Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə119/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   115   116   117   118   119   120   121   122   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
240 
XV FƏSİL
Yadımdadı, o həddən artıq diqqətlə, ancaq yerindən 
tərpənmədən, hətta oturuşunu dəyişmədən üzümə baxırdı. 
Mən iki yüz min frank udmuşam, – axırıncı 
bağlamanı atıb səsləndim. Kağız pulların, qızıl kisələrinin 
böyük bir yığını bütün masanın üstünü tutdu, artıq onlardan 
gözümü çəkə bilmirdim; bir neçə dəqiqə Polinanı tamamilə 
unutdum. Gah kağız pullar dəstini çinləməyə başlayırdım, 
onları bir yerə yığırdım, gah qızılları ümumi bir topa 
eləyirdim; gah hamısını atıb cəld addımlarla otaqda 
gəzirdim, 
fikrə 
gedirdim, 
sonra 
qəfildən 
masaya 
yaxınlaşırdım, təzədən pulları saymağa başlayırdım. 


www.vivo-book.com 
241 
Qəfildən elə bil ayılıb qapıya doğru cumdum, tələsik örtüb 
açarı iki dəfə burdum. Sonra fikir içində kiçik çamadanımın 
qarşısında ayaq saxladım. 
– Bəlkə səhərə qədər çamadana qoyaq? – qəfildən 
Polinaya sarı dönüb soruşdum. O, hələ də qımıldanmadan 
elə həmin yerindəcə oturmuşdu. Lakin diqqətlə məni 
izləyirdi. Üzünün ifadəsi nəsə qəribəydi: bu ifadə xoşuma 
gəlmədi. Cəld ona yaxınlaşdım. 
– Polina, bu da iyirmi beş min florin – əlli min frank, 
hətta çox eləyir. Götürün, sabah bu pulları onun sifətinə 
çırpın.
O mənə cavab vermədi. 
– Əgər istəyirsinizsə, səhər tezdən mən özüm apararam. 
Elə?
O, qəfildən güldü. Uzun-uzadı güldü. Mən təəccüblə və 
kədərli duyğuyla ona baxırdım. Bu gülüş əvvəlki, tez-tez baş 
verən, məni ələ salan, həmişə ən ehtiraslı etiraflarım zamanı 
peyda olan istehzalı gülüşünə çox oxşayırdı. Nəhayət, 
gülməyinə ara verib qaşqabağını salladı; altdan-altdan mənə 
ciddi nəzərlərlə baxırdı. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin