www.vivo-book.com
244
– elə bil nəyisə mənə tələm-tələsik danışmaq istəyirdi, –
hərdənbir çox şən qəhqəhəylə kəsilən sayıqlama məni
qorxutmağa başlayırdı. “Yox, yox, sən əzizimsən,
əzizimsən! – təkrar eləyirdi. – Sən mənim sədaqətlimsən!”
Sonra təzədən əllərini çiynimə qoyurdu, təzədən
diqqətlə üzümə baxırdı, təkrarlamaqda davam eləyirdi. “Sən
məni sevirsən… sevirsən… sevəcəksən!” Gözlərimi onun
üzündən çəkmirdim; hələ bu vaxtadək onu belə nəvaziş və
sevgi tutması içində görməmişdim: düzdü, bu, əlbəttə,
sayıqlamaydı, amma mənim ehtiraslı baxışlarımı görüb,
qəfildən naz-qəmzəylə gülümsəməyə başlayırdı; yerli-yersiz
gözlənilmədən Mister Astley barədə danışırdı. Doğrusu,
Mister Astley haqqında fasiləsiz (xüsusilə, bayaqdan demək
istədiyim mənə güc gələndə) söz açırdı, amma məhz nə
danışdığını mən o qədər də tuta bilmirdim; elə hey təkrar
eləyirdi ki, o gözləyir… deyirdi, bilirəmmi ki, yəqin o, indi
pəncərənin altında durur? “Hə, hə, pəncərənin altında, – hə,
aç, bax, bax, o burdadı, burdadı!”
O məni pəncərəyə doğru itələyirdi, amma mən getmək
üçün hərəkətə gələn kimi gülməkdən uğunub gedirdi, mən
www.vivo-book.com
245
də yanından aralanmırdım, o isə qucaqlamaq üçün üstümə
atılırdı.
– Çıxıb gedəcəyik? Axı, sabah çıxıb gedəcəyik? –
qəfildən ağlına narahat fikir gəlirdi, – hə… (sonra fikrə
gedirdi), yaxşı sən necə fikirləşirsən, nənəyə çatarıqmı?
Məncə, Berlində çatarıq. Sən necə düşünürsən, biz ona
çatanda, o bizi görəndə nə deyər? Bəs mister Astley?..
Yaxşı, bu Şlangenberqdən sıçrayıb çıxmaz? (Qəhqəhə çəkib
güldü.) Hə, qulaq as; bilirsən, gələn yay hara gedəcək? O,
elmi axtarışlar aparmaq üçün Şimal qütbünə getmək istəyir,
məni də özüylə aparmaq istəyirdi, ha, ha, ha! O deyir ki, biz
ruslar avropalılar olmadan heç nə bilmirik, heç nəyə də qabil
deyilik… amma o da xeyirxahdı! Bilirsən, o, “generalı”
bağışlayır; o deyir ki, Blanche… deyir ki, ehtiras, – eh,
bilmirəm, bilmirəm, – qəfildən elə bil çaşdı və özünü itirib
təkrar elədi. – Yazıqdılar onlar?Elə yazığım gəlir ki, nənəmə
də… Yaxşı, qulaq as, qulaq as, De-Qriyeni harda
öldürəcəksən! Ay gicbəsər! Doğrudanmı, fikirləşirsən ki,
mən səni De-Qriyeylə dalaşmağa qoyaram? Sən heç baronu
da öldürə bilməzsən, – qəfildən gülə-gülə əlavə elədi. – Of,
|