www.vivo-book.com
220
birhəftəliyə üç min frank xahiş eləməyə adam göndərmişəm.
Sən onu inandır ki, ağlına
başqa şey gəlməsin, imtina
eləməsin. Mən, hələ yetərincə varlıyam. Mənim üç kəndim,
iki evim var. Üstəlik, hələ pul da tapılar, hamısını özümlə
götürməmişəm. Bunu ona görə deyirəm ki, o, tələm-tələsik
şübhələnməsin. Aha, bax, bu da özü! Yaxşı
insan olduğu
görünür.
Mister Astley nənənin ilk çağırışındanca yanına
tələsmişdi. Azacıq fikirləşmədən, çox danışmadan o, dərhal
nənənin də imzaladığı borc kağızıyla üç min frank saydı.
İşini qurtarıb, təzim elədi, çıxıb getməyə tələsdi.
– İndisə, sən də tələs, Aleksey İvanoviç.
Bir saatdan
azca çox qalıb.Uzanmaq istəyirəm, sümüklərim ağrıyır.
Mənə, qoca sarsağa acığın tutmasın. İndi daha cavanları
yüngülbeyinlikdə
günahlandırmayacağam,
üstəlik,
o
bədbəxti, sizin generalınızı belə mühakimə eləmək də
məndən ötrü günahdı. Düzdü,
ona istədiyi kimi pul
verməyəcəyəm, ona görə ki, məncə, o, həddən artıq
kütbeyindi.Ancaq mən də, qoca axmaq da ondan ağıllı
deyiləm.
Allah haqdı, qocalıqda hədsiz lovğalığı