www.vivo-book.com
216
gedim; ancaq o, hər iki əlimdən yapışıb məni divana doğru
dartdı.Özü divanda oturdu, məni düz qarşısındakı
kresloda
əyləşdirdi, əllərimi buraxmadan, dodaqları titrəyə-titrəyə,
qəfildən kirpiklərindən parıldayan gözyaşlarıyla, yalvarıcı
səslə dilləndi:
– Aleksey İvanoviç, xilas eləyin, xilas eləyin, rəhminiz
gəlsin!
Mən uzun müddət heç nə başa
düşə bilmədim; o elə hey
danışır, danışır, danışır və təkrar eləyirdi: “Rəhminiz gəlsin,
rəhminiz gəlsin!”
Nəhayət, başa düşdüm ki, o məndən məsləhətə bənzər
bir
şey gözləyir; yaxud daha dəqiq desəm, hamının atdığı,
qüssə və həyəcan içində olan general məni xatırlayıb, yalnız
danışmaq, danışmaq, danışmaq üçün çağırıb. O çaşmışdı, ən
azı, özünü əməlli-başlı itirmişdi. Əli-qolu yanına düşmüşdü,
qabağımda diz üstə çökməyə hazır idi ki (siz necə
fikirləşirsiniz?), elə indicə m-lle Blanche-nin yanına gedim,
ondan geri qayıtmağı, ona ərə getməyi xahiş eləyim, insafa
gətirim.