www.vivo-book.com
213
O mənim təzimimə başını tərpətdi. Öz otağıma
tamamilə hiddətli vəziyyətdə gəldim. Əlbəttə, mən onunla
söhbət eləməkdən qaçırdım, Vurmerhelmlərlə baş verən
hadisədən sonra onunla bir dəfə də üz-üzə gəlməmişdim.
Bununla yanaşı, müəyyən qədər özümü çəkir, tərslik
eləyirdim; amma vaxt nə qədər ötürdüsə, məndə əsl qəzəb
get-gedə o qədər çox qaynayırdı. Əgər o məni hətta bir qırıq
da sevməsəydi, hər halda, mənə belə gəlir, hisslərimi belə
tapdalamamalıydı, etirafımı bu cür etinasızlıqla qəbul
eləməməliydi. Axı, bilir ki, mən onu, doğrudan da, sevirəm:
axı, onunla belə danışmağa özü icazə verirdi, imkan
yaradırdı!
Düzdü, bu münasibət bizim aramızda bir qədər qəribə
başladı. Bir müddət əvvəl – iki ay qabaq sezməyə başladım
ki, mənimlə dostlaşaraq öz inanılmış adamı eləmək
istəyir.Hətta qismən bunu sınaqdan da keçirir. Amma bu
nədənsə o vaxt işə keçmədi; bunun əvəzində aramızda indiki
qəribə münasibət qaldı; bu səbəbdən də onunla bu cür
danışmağa başladım. Amma əgər mənim məhəbbətimə
www.vivo-book.com
214
nifrət eləyirsə, niyə onunla danışmağı birbaşa qadağan
eləməsin?
Mənə qadağan eləmirlər; hətta bir dəfə də özü məni
danışığa çağırdı və… əlbəttə, bunu məsxərəylə elədi. Mən
yəqin bilirəm, bunu dəqiq sezmişəm – qulaq asıb, əməlli-
başlı acıqlandırıb, qəfildən müəyyən bir hərəkətlə, böyük
nifrət və etinasızlıqla karıxdırmaq onun xoşuna gəlirdi. Axı,
özü də bilir ki, onsuz yaşaya bilmirəm. Bax, indi baronla baş
verən tarixçədən sonra üç gün keçib, mənsə artıq
ayrılığımıza dözə bilmirəm. Bayaq vağzalın yanında ona rast
gələndə ürəyim elə bərk çırpındı ki, rəngim ağardı. Amma o
da mənsiz yaşaya bilməz axı! Mən ona lazımam, həm də, –
doğrudanmı, doğrudanmı, Balakirevin təlxəyi kimi?
Onun sirri var – bu aydındı! Nənəsiylə söhbəti ürəyimə
iynə kimi batdı. Axı onu dəfələrlə mənimlə səmimi olmağa
çağırmışdım, axı uğrunda doğrudan da başımı verməyə hazır
olduğumu bilirdi. Amma o, həmişə az qala nifrətlə yaxasını
qurtarırdı, yaxud ona təklif elədiyim həyatımı qurban
vermək əvəzinə, məndən o zaman baronla baş verən sayaq
hərəkətlər tələb eləyirdi! Bəyəm, bu biabırçılıq deyilmi?
|