www.vivo-book.com
206
üçüncü, artıq rusca kamil danışan, centlmensayağı geyinən,
buna baxmayaraq, hər halda nökərə oxşayan iri bığlı, lovğa
polyak peyda oldu. O da “qalağı pansayağı” öpürdü,
“qalağın altına pansayağı uzanırdı”, amma ətrafdakılara
münasibətdə özünü dikbaş aparırdı, qəddarcasına
göstəriş
verirdi, – bir sözlə, dərhal özünü nənənin nökəri yox, ağası
kimi göstərdi. O, hər gedişlə dəqiqəbaşı qarıya
müraciət
eləyirdi, ən dəhşətli andlarla and içirdi ki, özü “təkəbbürlü”
pandı, nənənin pullarından bir qəpik də götürməz. Bu
andları elə tez-tez təkrarlayırdı ki, nənə əməlli-başlı
qorxdu…
Amma beləliklə, bu pan əvvəlcə, elə bil, onun oyununu
düzəltdi, az qala udmuşdu, ona görə də nənə özü də artıq
ondan əl çəkə bilmirdi.
Bir saatdan sonra vağzaldan
çıxarılmış hər iki polyakcığaz təzədən nənənin stulunun
arxasında
peyda oldular, təzədən öz xidmətlərini təklif
elədilər... Potapıç
Allaha and içirdi ki, “təkəbbürlü pan”
onlara göz-qaş eləyirdi, hətta əllərinə nəsə ötürürdü. Beləcə,
nənə nahar eləməmişdi, demək olar, kreslodan düşməmişdi,
elə ona görə də doğrudan da polyakcığazlardan biri işə