www.vivo-book.com
197
eləyim. Hə! Fransızciyəz? Belə çıxır ki, doğrudu! Amma bir
də ki, burda nə ola bilərdi, axı? Polina və De-Qriye – ilahi,
bu necə müqayisədi!
Bütün bunlar, sadəcə, ağlagəlməzdi. Qəfildən qeyri-
ixtiyari yerimdən sıçradım, dərhal mister Astleyi axtarıb
tapmaq, necə olursaolsun, onu danışmağa məcbur eləmək
üçün getmək istədim. Əlbəttə ki, o bu məsələdə də məndən
çox bilir. Mister Astley? Məndən ötrü daha bir müəmmaydı!
Amma qəfildən otağımın qapısını taqqıldatdılar. Baxıram –
Potapıçdı.
– Aleksey İvanoviç, xanım sizi yanına tələb eləyir.
– Nolub? Çıxıb gedir, nədi? Qatarın vaxtına hələ iyirmi
dəqiqə qalıb.
– Narahat olur, güclə oturur. “Tez, tez!” – yəni səni,
atam. İsa xətrinə ləngiməyin.
Həmin dəqiqə aşağı qaçdım. Nənəni artıq dəhlizə
çıxarmışdılar. Onun əlində pul kisəsi vardı.
– Aleksey İvanoviç, qabağa düş, gedək!..
– Hara, nənə?
www.vivo-book.com
198
– Ölsəm də, əvəzini çıxacağam! Hə, marş, sorğu-
sualsız! Axı, orda gecəyarısınacan oyun gedir, yox?
Yerimdəcə quruyub qaldım, fikrə getdim, amma elə o
dəqiqə qərara gəldim.
–
Özünüz
bilərsiniz,
Antonida
Vasilyevna,
getməyəcəyəm.
– Nəyə görə? Bu nədi belə?
– Hamınız bəngotu yemisiniz nədi?
–
Özünüz
bilərsiniz:
mən
sonra
öz-özümü
danlayacağam; istəmirəm. Nə şahid, nə iştirakçı olmaq
istəyirəm; məni bundan qurtarın, Antonida Vasilyevna. Bax,
bu da sizin əlli fridrixsdörünüz, geri qaytarıram; əlvida! –
Sonra dərhal fridrixsdör bağlamasını nənənin kreslosunun
böyründəki balaca masanın üstünə qoyub təzim elədim və
çıxıb getdim.
– Bu nə cəfəngiyatdı! – nənə ardımca qışqırdı, – heç
yerə getmə, nolar, özüm tək də yol taparam! Potapıç,
mənimlə gedək! Hə, qaldırın, aparın.
|