Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə96/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   92   93   94   95   96   97   98   99   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
193 
mademoiselle Blanche-nin özünün sözlərinə görə, belə 
nəticəyə gəlirəm ki… 
– Yetər! – nənə qızğınlıqla onun sözünü kəsdi, – hər 
şeyi başa düşürəm. Mən həmişə hesab eləyirdim ki, bu, onun 
əlindən gələr, həmişə onu ən boş və yüngülxasiyyət adam 
sayırdım. Lovğalığı üstünə götürür ki, generaldı (polkovnik 
olub, istefaya çıxanda, general alıb), həm də təşəxxüs satır. 
Mən hər şeyi – Moskvaya teleqramı teleqram dalınca necə 
göndərdiyinizi bilirəm, – “Deməzssənmi, bu qoca arvad 
ayağını tezmi uzadacaq?” Miras gözləyirdiniz. Axı, bu 
yaramaz qız – adı necədi, de Cominges-di – yoxsa onu 
pulsuz, üstəlik də, qayırma dişlərlə özünə nökər də 
götürməz. Deyirlər, onun özünün bir ətək pulu var, faizə 
verir, 
xeyli 
qazanıb. 
Mən, 
Praskovya, 
səni 
günahlandırmıram; teleqramları sən göndərmirdin; köhnə 
məsələləri yada salmaq istəmirəm. Bilirəm ki, sənin 
xasiyyətciyəzin pisdi – eşşək arısısan! Sancarsan, əməlli-
başlı şişər, həm də sənə yazığım gəlir.Ona görə ki, sənin 
rəhmətlik anan Katerinanı sevirdim.Hə, istəyirsən, burda hər 
şeyi buraxıb mənimlə gedək. Axı, getməyə yerin yoxdu


www.vivo-book.com 
194 
üstəlik də, indi onlarla bir yerdə olmağın yaxşı deyil. Dayan! 
– nənə danışmaq istəyən Polinanın sözünü kəsdi, – mən hələ 
sözümü qurtarmamışam. Səndən heç nə tələb eləmirəm. 
Mənim evim Moskvadadı, özün bilirsən, saraydı, istəyirsən, 
bütöv bir mərtəbəni tut, istəyirsən, əgər xasiyyətim xoşuna 
gəlmirsə, həftələrlə yanıma gəlmə. Hə, istəyirsən, ya yox? 
– İcazə verin, əvvəlcə soruşum: doğrudanmı, indi 
getmək istəyirsiniz? 
– Zarafatmı eləyirəm, anam? Dedimsə, gedəcəyəm. 
Mən bu gün sizin viran qalmış ruletkanızda on beş min rubl 
batırdım. Beş il qabaq Moskva altında taxta kilsəni daşla 
təzədən tikməyə söz vermişəm, onun əvəzində burda havaya 
sovurdum varımı. İndi anam, kilsə tikməyə gedirəm. 
– Bəs, su necə olsun, nənə? Axı siz müalicəvi su 
içməyə gəlmişdiniz... 
– Cəhənnəm olsun sizin o su! Məni hirsləndirmə, 
Praskovya.Qəsdənmi belə eləyirsən? De görüm, gedirsən, ya 
yox? 
– Mənə təklif elədiyiniz sığınacağa görə, – Polina mütəəssir 
halda sözə başladı, – sizə çox minnətdaram, nənə. Mənim 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin