www.vivo-book.com
196
–
Yaxşı,
yaxşı,
qaşqabağını
sallama.
Sözü
uzatmayacağam. Bax ha, elə olsun ki, axırı pis qurtarmasın,
başa düşürsən? Sən ağıllı qızsan; sənə heyfim gələcək. Hə,
bəsdi, kaş ki, heç birinizi görməyəydim.
– Mən, nənə, hələ sizi ötürəcəyəm, – Polina dilləndi.
– Lazım deyil, mane olma, həm də sizin hamınız məni
bezdirmisiniz. Yanımdan keçəndə
Polina mənə cəld nəzər
salıb dərhal gözlərini qaçırtdı.
– Hə, sən də salamat qal, Aleksey İvanoviç! Qatarın
vaxtına cəmi bir saat qalıb. Həm də fikrimcə,
sən məndən
yorulmusan. Al, bu əlli qızılı özünə götür.
– Çox minnətdaram, nənə, mənim vicdanım…
– Yaxşı, yaxşı! – Amma nənə elə qızğınlıq, hiddətlə
qışqırdı ki, sözündən çıxa bilməyib pulu götürdüm.
– Moskvada yersiz-yurdsuz ora-bura qaçsan,
mənim
yanıma gəl; bir yerə tövsiyə eləyərəm. Yaxşı, rədd ol!
Öz otağıma gəlib çarpayıma sərələndim. Başımı
əllərimin üstünə qoyub hardasa, yarım saat arxası üstə
uzanmışdım. Artıq qəza baş vermişdi,
fikirləşməyə bir şey
vardı. Qərara gəldim ki, sabah Polinayla ciddi söhbət