www.vivo-book.com
191
getməsiylə nənənin var-dövləti xilas olurdu, amma əvəzində
generalın halı nə olacaqdı axı? De-Qriyenin pulunu kim
ödəyəcək? M-lle Blanche, şübhəsiz, nənənin ölməsini
gözləməyəcək, indi knyazcığazla, ya da başqa birisiylə
aradan çıxacaq. Onlar qarının qarşısında durmuşdular, təsəlli
verirdilər və dilə tuturdular. Polina yenə də yox idi. Nənə
hiddətlə qışqırdı.
– Başımdan açılın, şeytanlar! Sizin nə işinizə qalıb? Bu
keçisaqqal mənim üstümə niyə düşüb? – O, De-Qriyeyə
çığırırdı, – bəs, cüllüt, sənə nə lazımdı? – Nənə m-lle
Blanche-yə sarı döndü. – Nə quyruq bulayırsan?
– Diantre!
79
– m-lle Blanche gözlərini dəlicəsinə
parıldadıb pıçıldadı, lakin qəfildən qəhqəhə çəkib güldü və
bayıra çıxdı.
– Elle vivra cent ans!
80
Qapıdan çıxa-çıxa generala
qışqırdı.
79
Lənət şeytana – frans.
80
O, yüz il yaşayacaq – frans.
www.vivo-book.com
192
– Hə, belə çıxır, sən mənim ölümümə ümid eləyirsən? –
nənə generala bağırdı.
– Çıx get! Onların hamısını qovla, Aleksey İvanoviç!
Sizin nə işinizə? Mən özümünkünü havaya sovurmuşam,
sizinkini yox!
General çiyinlərini çəkdi, belini əyib çıxdı. De-Qriye
onun ardınca getdi.
– Praskovyanı çağırın! – nənə Marfaya tapşırdı.
Beş dəqiqədən sonra Marfa Polina ilə geri döndü.
Bütün müddət ərzində Polina uşaqlarla öz otağında
oturmuşdu, elə bil, qəsdən bütün günü bayıra çıxmamağı
qərara almışdı. Onun sifəti ciddi, qəmli və qayğılıydı.
– Praskovya, – nənə sözə başladı, –mən bayaq
başqalarından eşitdim ki, guya sənin bu axmaq atalığın, bu
kütbeyin dəmdəməki fransızcığazla – aktrisadımı, nədi,
yoxsa ondan da pisdi – evlənmək istəyir? De görüm,
düzdümü?
– Bu barədə dəqiq bir şey bilmirəm, nənəcan, – Polina
cavab verdi, – ancaq gizlətməyi lazım bilməyən
|