www.vivo-book.com
207
yaradı: dərhal vağzalın yaxınlığındakı nahar zalına qaçdı,
ona bir fincan ət suyu, sonra da çay gətirdi. Amma burası da
var ki, hər ikisi qaçırdılar. Günün axırında artıq onun son
əsginazını uduzduğu hamıya məlum olanda qarının
masasının arxasında əvvəl görünməmiş, eşidilməmiş altıya
qədər polyakcığaz dururdu. Nənə artıq axırıncı qəpiklərini
uduzanda, onların hamısı daha ona nəinki qulaq asmırdılar,
hətta veclərinə də almırdılar, masanın üstündən düz qarıya
həmlə eləyirdilər, özləri pulu qapırdılar, özləri hökm verir və
qoyurdular, öz aralarında həyasızlığa görə təkəbbürlü panla
danışa-danışa mübahisə eləyib, qışqırırdılar, təkəbbürlü
pansa az qala hətta nənənin varlığını da unutmuşdu. Üstəlik,
tamam uduzmuş nənə saat səkkizdə otelə qayıdanda burda
da üç, yaxud dörd polyakcığaz hələ də ondan əl çəkmək
istəmirdi, nənənin onları nədəsə doladığına, nəsə verməli
olduğuna, tələm-tələsik inandıra-inandıra, var gücləriylə
qışqıra-qışqıra kreslonun ətrafında o tərəf-bu tərəfə
qaçışırdılar. Beləcə, düz oteləcən getdilər, ordan nəhayət,
polyakcığazları itələyib qovdular.
www.vivo-book.com
208
Potapıçın hesabına görə, dünən uduzduğu puldan başqa
nənə bu gün cəmi doxsan min rubla qədər pul uduzmuşdu.
Özünün bütün biletlərini – beş faizliklərini, faizli
istiqrazlarını, üstündə olan bütün səhmlərini bir-birinin
ardınca dəyişirdi. Mən onun bütün yeddi, yaxud səkkiz saatı
kresloda otura-otura, demək olar, masadan aralanmadan
necə dözdüyünə az qala təəccüblənmişdim, amma Potapıç
danışırdı ki, o, üç dəfə həqiqətən yaxşı udmağa başlamışdı;
amma təzədən ümidlə ruhlanmış qarı artıq aralana da
bilmirdi.
Bununla yanaşı, bütün bu gün ərzində bizim oteldə də
tamamilə ciddi şeylər baş verdi. Hələ səhər, saat on birə
qədər, nənə hələ evdə olanda bizimkilər, yəni general və De-
Qriye az qala axırıncı addım atmağı qərara almışdılar.
Öyrənəndə ki, çıxıb getmək barədə də fikirləşmir, əksinə,
təzədən vağzala yollanır, onlar bütün konklavla
81
birlikdə
(Polinadan başqa) qarıyla qəti, hətta açıq danışmaq üçün
onun yanına gəldilər. Onun üçün dəhşətli nəticələr
81
Vatikanda Roma papasını seçən kardinallar şurası
|