Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə104/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   100   101   102   103   104   105   106   107   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
209 
olacağından əsən, ürəyi döyünən general hətta şitini 
çıxartmışdı: yarım saatlıq yalvarış, xahişlərdən sonra, üstəlik 
də hər şeyi, yəni bütün borcları, hətta m-lle Blanche-yə 
ehtirasını (tamam özünü itirmişdi) açıq-açığına boynuna alıb 
qəfildən səsini qəzəblə qaldırmışdı, hətta nənənin üstünə 
qışqırmağa, ayaqlarını yerə döyməyə başlamışdı.Qışqırırdı 
ki, qarı onların bütün nəslini rüsvay eləyir, bütün şəhərdə 
qalmaqal yaradır, nəhayət… nəhayət… “Siz rus adını da 
rüsvay eləyirsiniz, xanım! – general qışqırırdı. – Bunun üçün 
polis var!” – nənə axırda onu dəyənəklə (əsl dəyənəklə) 
qovdu. Generalla De-Qriye bu səhər bir, yaxud iki dəfə 
məsləhətləşmişdilər.Onları məhz bu məşğul eləyirdi: 
doğrudan da, birtəhər polisdən istifadə etmək olmazmı? Belə 
ki, bax, deməzsənmi, bədbəxt, amma hörmətli qarı ağlını 
itirib, axırıncı pullarını uduzur və i.a. Bir sözlə, hər hansı 
nəzarət, yaxud qadağa əldə eləmək olarmı?.. Amma De-
Qriye yalnız çiyinlərini çəkirdi, gözləri də artıq hər şeyi 
açıb-tökən, kabinetdə irəli-geri qaçan generalı ələ salırdı. 
Nəhayət, generala əlini yelləyib, hardasa gizləndi.


www.vivo-book.com 
210 
Axşam öyrəndilər ki, o, əvvəlcədən m-lle Blanche-ylə
qətiyyətlə, gizli söhbət aparıb, tamamilə oteldən çıxıb gedib. 
M-lle Blanche-yə gəldikdə, hələ lap səhərdən qəti tədbirlər 
görmüşdü: o, generalı özündən tamamilə uzaqlaşdırmışdı, 
hətta gözlərinə də görünmürdü. General onun dalınca 
vağzala qaçanda, knyazcığazla qol-qola görəndə, guya nə o, 
nə m-me veuve Cominges onu tanıdılar. Knyazcığaz da ona 
təzim eləmədi. Bütün bu günü M-lle Blanche, nəhayət, öz 
fikrini qəti deməsi üçün knyazı sınaqdan keçirir, dilə 
tuturdu. Amma əbəs yerə! O, knyaza bəslədiyi ümidlərdə 
bərk yanılmışdı! Bu kiçik qəza artıq axşam baş verdi
qəfildən məlum oldu ki, knyaz şahin kimi lümlütdü, üstəlik 
də borc kağızı müqabilində pul götürüb, qumar oynamaq 
üçün elə ona arxalanır. Blanche qəzəblə onu qovdu, otağına 
qapanıb qaldı. 
Elə həmin gün səhər mən mister Astleyin yanına 
getmişdim, yaxud daha dəqiq desəm, bütün səhəri mister 
Astleyi axtarmışdım, amma onu heç cür tapa bilməmişdim. 
Nə evdə, nə vağzalda, nə də parkdaydı. Bir dəfə də öz 
otelində nahar eləməmişdi. Saat beşdə qəfildən onu dəmir 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin