Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə101/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   97   98   99   100   101   102   103   104   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
203 
qədər doğmadılar ki, tüstüyə çevrilib uçması üçün ona hətta 
yeni nəyləsə toxunmağa qorxuram! 
Bütün bunlar mənə belə doğmadılarmı? Hə, əlbəttə, 
doğmadılar; bəlkə qırx ildən sonra da xatırlayacağam… 
Beləliklə, yazmağa başlayıram. Bununla belə, bunların 
hamısını indi qismən, mümkün qədər qısa danışacağam: 
təəssüratlar 
heç 
də 
əvvəlki 
deyil…
* * *
Birinci, nənəylə haqq-hesabı qurtarmaq üçün.
Sonrakı gün o, hər şeyi tamam-kamal uduzdu. Elə belə 
də olmalıydı: belələrindən kim bircə dəfə bu yola düşürsə, o, 
elə bil, qarlı dağdan xizəklə sürüşür, get-gedə daha sürətlə 
şütüyür. Nənə bütün günü axşam saat səkkizəcən oynadı; 
mən onun yanında olmamışam, yalnız söylənilənlərdən 
bilirəm. 
Potapıç onun yanında, vağzalda bütün günü növbə 
çəkdi. Nənəyə rəhbərlik eləyən polyakcığazı həmin gün bir 
neçə dəfə dəyişdilər. Qarı ondan başladı ki, saçından 
dartdığı dünənki polyakcığazı qovub başqasını götürdü, 
amma o biri demək olar, daha pis oldu. Bunu qovub, çıxıb 


www.vivo-book.com 
204 
getməyən, bütün bu sürgün müddətində elə burdaca, nənənin 
kreslosunun arxasında sıxılıb duran, hər dəqiqə başını ona 
doğru uzadan birincini götürdü, – qarı, nəhayət, əməlli-başlı 
ümidsizliyə qapıldı. Qovulmuş ikinci polyakcığaz da heç cür 
çıxıb getmək istəmirdi; biri sağ tərəfində yerləşmişdi, o biri 
sol tərəfində. Elə hey banka və gedişlərə görə bir-biriylə 
mübahisə eləyir, söyüşürdülər, bir-birinə “laydak” və digər 
polyak komplimentləri yağdırırdılar, sonra yenə barışırdılar, 
hər cür qaydasız-filansız pul atırdılar, əbəs yerə göstəriş 
verirdilər. Dalaşa-dalaşa hərəsi öz tərəfindən atırdı, biri, 
məsələn, qırmızıya qoyanda, o biri də dərhal qaraya 
qoyurdu. Axırda onlar nənəni tamamilə dolaşdırıb əldən 
saldılar, nəhayət, o, az qala, ağlaya-ağlaya qoca nəzarətçiyə 
onu müdafiə eləmək, polyakları qovmaq xahişini bildirdi. 
Qışqırıqlarına, etirazlarına baxmayaraq, onları, doğrudan da, 
dərhal qovdular: ikisi də bir ağızdan qışqırır, sübut 
eləyirdilər ki, nənə hələ onlara borcludu, onları nədəsə 
aldadıb, onlarla yaramaz hərəkət eləyib. Bədbəxt Potapıç 
bütün bunları mənə elə həmin axşam, uduzandan sonra göz 
yaşlarıyla danışırdı, şikayətlənirdi ki, polyaklar öz ciblərini 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin