www.vivo-book.com
199
Mister Astleyi tapmayıb evə qayıtdım. Çox gec, artıq
gecə saat birdə nənənin gününün nəylə başa çatdığını
Potapıçdan öyrəndim. O, bayaq dəyişdiyimin hamısını,
uduzmuşdu. Orda ona bir az əvvəl iki fridrixsdör verdiyi
polyakcığaz ilişib axıracan oyununa rəhbərlik eləmişdi.
Başlanğıcda, polyakcığaza qədər nənə Potapıçı pul qoymağa
vadar eləyirdi, amma tezliklə onu qovmuşdu; elə bu vaxt
polyakcığaz peyda olmuşdu. Tərslikdən o, rusca başa
düşürdü, hətta üç dilin qarışığıyla birtəhər danışırdı,
beləliklə, onlar bir-birini az-çox başa düşürdülər. Nənə onu
elə hey rəhmi gəlmədən söyürdü, polyakcığaz fasiləsiz
“qalağın altına pansayağı döşənirdi”, amma “Sizinlə necə
müqayisə eləyəsən, Aleksey İvanoviç” – Potapıç danışırdı. –
O səninlə lap ağayla davranan kimi davranırdı, osa – belə,
mən özüm öz gözlərimlə gördüm, Allah başına daş salsın –
dərhal onun masasının üstündən oğurlayırdı. O özü
polyakcığazı masanın üzərində yaxaladı, abrını ətəyinə
bükdü, hər cür söyüşlərlə söydü, atam, hətta bir dəfə
saçından dartdı, doğru sözümdü, yalan demirəm, belə ki,
ətrafda gülüşmə düşdü. Hamısınıuduzdu; nə ki varıydı, sizin
www.vivo-book.com
200
dəyişdiyinizin hamısını. Biz onu – ananı bura gətirdik,
yalnız su içmək istədi, xaç çəkdi və yatağa girdi. Əldən
düşmüşdümü, nədi, o dəqiqə yuxuya getdi, Allah ona mələk
yuxusu versin! Oh, bu da məndən ötrü xaric olub! – Potapıç
sözünə yekun vurdu, – deyirdi ki, xeyirliyə deyil. Bircə öz
Moskvamıza tezcə getsəydik! Nəyimiz olmasa da,
Moskvada evimiz yoxdumu? Bağ, güllər – elələri burda da
yoxdu, ətir, almalar yetişirlər, genişlik, – yox: xaricə getmək
lazımıydı. O-ho-ho!!!
XIII FƏSİL
Budur, artıq demək olar, bir ay keçmişdi ki, pərakəndə
də olsa, güclü təəssüratlarımın təsiri altında başladığım bu
qeydlərimə
əl vurmurdum. O vaxt yaxınlaşdığını
qabaqcadan hiss elədiyim fəlakət, doğrudan da, baş
|