www.vivo-book.com
211
yolunun sərnişin platformasından d’Anqlettere otelinə gedən
gördüm. O tələsirdi və çox fikirliydi, bununla belə, onun
üzündə qayğı, yaxud hər hansı çaşqınlıq ayırd eləmək çətin
idi. Özünün həmişəki “A!” ifadəsiylə mehribancasına mənə
əl uzatdı, amma kifayət qədər tələsik addımlarla gedə-gedə
yolundan qalmadı. Mən onun dalınca düşdüm; amma
birtəhər elə cavab verə bildi ki, mən heç nə soruşa bilmədim.
Üstəlik də, nədənsə Polina barədə söz salmağa dəhşətli
vicdan əzabı çəkirdim. Ona nənə haqqında danışdım;
diqqətlə və ciddi tərzdə qulaq asıb, çiyinlərini çəkdi.
– O, hamısını uduzacaq, – qeyd elədim.
– Hə də, – cavab verdi, – axı oynamağa hələ bayaq,
mən gedəndə getmişdi, buna görə də yəqin bilirdim ki,
uduzacaq. Əgər vaxtım olsa, baxmaq üçün vağzala gedərəm,
çünki bu maraqlıdı.
– Hara gedirsiniz? – indiyəcən soruşmadığıma
heyrətlənib, səsləndim.
– Mən Frankfurtdaydım.
– İş dalınca getmişdiniz?
– Hə, iş dalınca.
www.vivo-book.com
212
Yaxşı, daha nə soruşmalıydım, axı. Bununla belə, mən
hələ də onunla yanaşı gedirdim, amma qəfildən yolunun
üstündə yerləşən “De quatre saisons”
82
otelinə döndü, mənə
baxıb başını tərpətdi və gözdən itdi. Evə qayıdanda az-çox
başa düşdüm ki, əgər onunla iki saat da danışsaydım, qəti bir
şey anlamayacaqdım. Hə, əlbəttə, belədi! Mən indi öz
sualımı heç cür formalaşdıra bilməzdim. Bütün bu gün
ərzində Polina gah uşaqlarla və dayəylə parkda gəzirdi, gah
evdə otururdu. O artıq çoxdan generaldan uzaq qaçırdı,
demək olar, onunla heç nə, ən azı ciddi bir şey barədə
danışmırdı. Bunu çoxdan sezmişdim. Amma generalın bu
gün hansı vəziyyətdə olduğunu bilə-bilə, fikirləşdim ki, o,
Polinanın yanından ötə bilməzdi, daha doğrusu, onların
arasında müəyyən vacib ailə çək-çeviri olmaya bilməzdi.
Amma mən mister Astleylə söhbətdən sonra otelə qayıdıb,
yanında uşaqlar olan Polinayla rastlaşanda, onun üzündə ən
sakit rahatlıq əks olunmuşdu.Elə bil, bütün ailə qasırğası
yalnız böyründən ötüb-keçmişdi.
82
“İlin dörd fəsli” – frans.
|