www.vivo-book.com
51
və onların hamısı axşamlar ucadan ibrətamiz kitablar
oxuyurlar. Evlərin üzərində cökə və şabalıd ağacları
xışıldayır. Günəşin qürubu, evin damında leylək və hər şey
qeyri-adi dərəcədə poetik, riqqət doğurandı…
– Acığınıza gəlməsin, general,
icazə verin, mən daha
təsirli şeylər danışım. Mən özüm rəhmətlik atamın da cökə
ağacının altında, bağçada axşamlar
ucadan mənə və anama
bu cür kitablar oxuduğunu xatırlayıram… Axı, mən özüm
bu barədə lazım olan kimi mülahizə yürüdə bilərəm. Hə,
bütün buradakı bu cür, faterin tam köləliyində və itaətində
olan ailələr kimi. Hamı
öküz təki işləyir, hamı cuhud təki
pul yığır. Tutaq ki, fater artıq nə qədərsə qulden toplayıb,
böyük oğluna ümid edir, yəni ki, ona torpaqcığazını vermək
istəyir; buna görə də qızlarına cehiz vermirlər,
onlar da
qarıyıb qalırlar. Elə bunun üçün də kiçik oğullarını ya
köləliyə, ya da ki, pul müqabilində əsgərliyə satırlar, pulu
isə evdəki kapitala qatırlar. Düzdü, bu, burda baş verir; mən
sorğu-sual eləmişəm. Bütün bunlar başqa şeydən yox,
namuslu, həddən artıq
namuslu olmaqdan törəyir; o qədər
namusludular ki, satılmış kiçik oğul da inanır ki, onu başqa