Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə33/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   29   30   31   32   33   34   35   36   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
66 
öldürsəm, özümü də öldürmək lazım gələcək; amma bu 
dözülməz ağrını sizsiz duymaq üçün sizi mümkün qədər 
uzun müddət öldürməyəcəyəm. İnanılmaz bir şeyi 
bilirsinizmi? Mən sizi gündən-günə daha artıq sevirəm, bu 
isə demək olar, mümkün deyil. Bundan sonra da fatalist 
olmayımmı? Yadınızdadı, Şlangenberqdə olduğumuzun 
üçüncü günü sizin gülüşünüzə səbəb olan bir söz pıçıldadım: 
bir kəlmə deyin, bu uçuruma atılım. Əgər o kəlməni 
desəydiniz mən onda atılardım. Bəyəm, inanmırsınız ki, 
atılardım? 
– Bu nə axmaq boşboğazlıqdı? – o qışqırdı. 
– Söhbətimin ağıllı, yaxud əhəmiyyətsiz olub-olmaması 
mənim vecimə də deyil, – qışqırdım. – Bilirəm ki, sizin 
yanınızda danışmalıyam, danışmalıyam, danışmalıyam – 
ona görə də danışıram. Sizin yanınızda bütün qürurumu 
itirirəm, heç nə eynimə deyil. 
– Sizi Şlangenberqdə uçuruma atılmağa məcbur eləmək 
nəyimə lazımdı? – O, quru tərzdə və nəsə xüsusi incikliklə 
dedi. – Bu məndən ötrü tamamilə faydasızdı. 


www.vivo-book.com 
67 
– Çox gözəl! – qışqırdım. – Siz məni əzmək üçün bu 
gözəl “faydasızdı” sözünü qəsdən dediniz. Mən sizin hər 
üzünüzü görürəm. “Faydasızdı”, deyirsiniz. Amma zövq 
həmişə faydalıdı axı, vəhşi, hüdudsuz hakimiyyətsə – lap 
milçəyin üzərində də olsa – bir zövqdü. İnsan təbiətən 
qəddardır, zülmkar olmağı sevir. Siz belə olmağı dəhşətli 
dərəcədə sevirsiniz. 
Yadımdadı, o məni nəsə xüsusi diqqətlə nəzərdən 
keçirirdi. Ola bilsin ki, onda sifətim bütün qeyri-ciddi və 
axmaq duyğularımı ifadə eləyirdi. İndi xatırlayıram ki, 
söhbət doğrudan da, demək olar, sözbəsöz mənim burada 
təsvir elədiyim kimi gedirdi. Gözlərim qan çəkmişdi. 
Dodaqlarımın kənarında köpük yığılmışdı. Şlangenberq 
məsələsindəsə, hətta indi də şərəfimə and içirəm: əgər o 
zaman mənə aşağı atılmağı əmr eləsəydi – atılardım. 
– Yox, niyə ki, mən sizə inanıram, – o dilləndi, amma 
bu sözləri yalnız özünün hərdənbir söyləməyi bacardığı elə 
nifrət və kinayəylə, elə yekəxanalıqla dedi ki, Allah haqqı, 
həmin dəqiqələrdə mən onu öldürə bilərdim. O risk eləyirdi. 
Bu barədə də yalan danışmadım, ona dedim. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin