www.vivo-book.com
83
Mən pulu, karandaşla haqq-hesab yazılmış kağızı
götürdüm, generala təzim elədim və ona tamamilə ciddi
tərzdə dedim:
– General, iş belə qurtara bilməz. Çox təəssüflənirəm
ki,
siz
baron
tərəfindən
xoşagəlməz hərəkətlərlə
üzləşmisiniz, amma bağışlayın məni, bunun günahkarı siz
özünüzsünüz. Hansı haqla mənə görə barona cavab verməyi
öz üzərinizə götürmüsünüz? Mənim sizin evin adamı
olmağım ifadəsi nə deməkdi? Mən sizin evinizdə yalnız
müəlliməm, yalnız.
Sizin oğlunuz deyiləm, himayənizdə
yaşamıram, buna görə də mənim hərəkətlərimə görə cavab
verə bilməzsiniz. Mən özüm – hüquqi cəhətdən səlahiyyətli
adamam. İyirmi beş yaşım var,
universitet namizədiyəm,
zadəganam, sizə tamamilə yad adamam. Yalnız bircə sizin
ləyaqətinizə sonsuz hörmətim elə indicə sizdən üzr istəmək,
mənim əvəzimdə cavab verdiyiniz barədə hesabat tələb
eləmək tələbimin qabağını alır.
General
elə heyrətlənmişdi ki, əllərini qoymağa yer
tapmırdı.Sonra birdən fransıza müraciət elədi,
tələsik ona