www.vivo-book.com
74
Mən cığırla xiyabana endim, xiyabanın ortasında
dayanıb və baronla baronessanı gözlədim. Beş addım məsafə
qalanda şlyapamı çıxarıb təzim elədim.
Yadımdadı, baronessa açıq-boz rəngli, büzməli gen
paltarda idi, quyruğu olan çənbərli tuman geyinmişdi. Özü
balaca, qeyri-adi dərəcədə kök idi, dəhşətli dərəcədə qalın və
sallaq buxağı olduğundan, boynu qəti görünmürdü. Sifəti
tünd-qırmızı idi. Gözləri xırda, acıqlı və həyasızıydı. Gedir –
elə bil, hamıya şərəf gətirir. Baron arıq, hündür idi. Sifəti
alman qaydasınca əyriydi, minlərlə xırda qırışlarla
örtülmüşdü; eynək taxmışdı; qırx beş yaşı olardı. Ayaqları
az qala sinəsindən başlanırdı; deməli, bu cinsdi. Tovuzquşu
kimi qürurludu. Bir balaca yöndəmsizdi. Üzünün ifadəsində,
dərin zəkalılığı özünəxas tərzdə əvəz eləyən qoyun
görkəmindən nəsə vardı.
Bütün bunlar gözlərimin qabağından üç saniyə ərzində
keçdi.
Mənim təzimim və əlimdəki şlyapam əvvəlcə onların
diqqətini çətinliklə cəlb elədi. Yalnız baron azacıq qaşlarını
çatdı. Baronessa eləcə mənim üstümə üzüb gəlirdi.
www.vivo-book.com
75
– Madame la barone
25
, – aydın səslə, hər sözü ayrı-
ayrılıqda tələffüz edə-edə ucadan dedim, – jai lhonneur d
etre votre esslave
26
.
Sonra təzim elədim, şlyapamı başıma qoydum və
nəzakətlə üzünə baxa-baxa, gülümsəyərək baronun yanından
keçdim.
Şlyapamı çıxarmağı mənə o tapşırmışdı, ancaq təzim
eləməyi,
məktəblisayaq
hərəkət
etməyi
özümdən
toqquşdurmuşdum. Kim bilir, məni buna nə vadar eləmişdi?
Elə bil, dağdan uçmuşdum.
– Heyn! – Baron mənə sarı çevrilib incik təəccüblə
qışqırdı, yaxud daha dəqiq desək, qığıldadı. Mən dönüb, ona
baxmaqda, gülümsəməkdə davam eləyə-eləyə hörmətlə
dayandım. O, görünür, heç nə başa düşmürdü, qaşlarını pes
plus ultra-ya
27
qədər qaldırdı. Üzü get-gedə daha artıq
tutqunlaşırdı. Baronessa da mənə sarı çevrildi, o da
25
baronessa – frans.
26
sizin köləniz olmaqdan şərəf duyuram – frans.
27
son həddə qədər – lat.
|