www.vivo-book.com
91
mənə izah eləyin: bəyəm siz
indi tamamilə bu ailənin
üzvüsünüz? Nədən siz hər şeydə belə mütləq iştirak
eləyirsiniz, indi də hər işdə vasitəçisiniz…
Sualım xoşuna gəlmədi. Ondan ötrü çox şəffafıydı,
danışmaq isə istəmirdi.
– Məni generalla müəyyən qədər iş, müəyyən qədər
bəzi xüsusi vəziyyətlər bağlayır, – o, quru tərzdə dilləndi. –
General məni sizdən axşamkı niyyətlərinizi bir qırağa
qoymağı xahiş eləməyə göndərdi.
Sizin bütün fikirlərinizin
hamısı əlbəttə, çox ağıllıdı; amma məhz məndən xahiş elədi,
sizə çatdırım ki, bu, qətiyyən baş tutmayacaq. Ən azı baron
sizi qəbul eləməyəcək, nəhayət, o axı bütün hallarda sizin
tərəfininzdən yol veriləcək növbəti xoşagəlməzliklərdən
canını qurtarmaq üçün hər cür vasitəyə malikdi.
Özünüz
razılaşın, davam etdirməyin nə əhəmiyyəti var axı? General
ki, sizə söz verdi, yəqin sizi ilk əlverişli şərait yarananda
yenidən evinə qəbul edəcək,
ona qədərsə, məvacibinizi