www.vivo-book.com
108
Blanche-nin xüsusi marağı var – üstəlik, xoşagəlməz
görüşdən, daha pisi – qalmaqallı görüşdən.
– Hə! Hə!
– Mademoiselle Blanche üçüncü il, mövsüm vaxtı artıq
burda, Ruletenburqdaydı. Mən də burdaydım. Mademoiselle
Blanche onda özünü mademoiselle de Cominges
adlandırmırdı, eynilə anası
da madame veuve Cominges
həmin vaxt mövcud deyildi. Hər halda ondan heç soraq da
yox idi. De-Qriye də onda De-Qriye deyildi. Mən dərin
inam bəsləyirəm ki, onların aralarında
nəinki qohumluq
əlaqəsi yoxdu, hətta bu yaxınlarda tanış olublar. De-
Qriyenin markizliyi də, lap bu yaxınların məsələsidi – mən
bir məsələyə görə buna əminəm. Hətta fərz eləmək olar ki, o
yalnız bu yaxınlarda De-Qriye kimi adlanmağa başlayıb.
Çünki burda ona başqa ad altında rast gələn bir adam
tanıyıram.
– Mən bilən, o, doğrudan da sanballı tanışlıq çevrəsinə
malikdi.
– Ola bilər. Mademoiselle
Blanchenin geniş əlaqələrə
malik olması mümkündü. Lakin üçüncü il mademoiselle