Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə50/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   46   47   48   49   50   51   52   53   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
100 
Bu sətirləri oxuyanda, elə bil, hər şey gözlərimdə alt-üst 
oldu. Dodaqlarımın rəngi qaçdı və əsməyə başladım. Lənətə 
gəlmiş fransız səylə, ciddi görkəmlə, elə bil, tutulduğumu 
görməmək üçün gözlərini qaçırda-qaçırda mənə baxırdı. 
Qəhqəhə çəkib gülsəydi, daha yaxşı olardı. 
– Yaxşı, – cavab verdim, – deyin ki, mademoiselle 
sakit olsun. Amma icazə verin sizdən soruşum ki, – səsimi 
kəskin şəkildə qaldırdım, – bu məktubu niyə uzun müddət 
mənə vermirdiniz? Boş şeylər haqqında çənə döymək 
əvəzinə, mənə elə gəlir, bundan başlamalıydınız… əgər 
məhz elə bu tapşırıqla gəlmişdinizsə. 
– Oh, istəyirdim… ümumiyyətlə, bütün bunların hamısı 
elə qəribədi ki, siz mənim təbii səbirsizliyimi bağışlayın. 
Sizin özünüzdən niyyətinizi mən özüm daha tez öyrənmək 
istəyirdim. Bununla belə, bu məktubda nə olduğunu 
bilmirdim, fikirləşirdim ki, həmişə verməyə vaxt taparam. 
Başa düşürəm, sizə bunu ancaq son məqamda 
vermək, əgər sözdə yoluna qoyarsınızsa, verməmək 
tapşırılıb. Eləmi? Düzünü deyin, monsieur De-Qriye!


www.vivo-book.com 
101 
– Puet etre
40
, – o, xüsusi təmkinli, qəribə görkəm alıb 
və mənə xüsusi qəribə nəzərlə baxıb dilləndi. Şlyapamı 
götürdüm; o, başını tərpətdi və çıxdı. Mənə elə gəldi ki, 
dodaqlarında istehzalı gülüş var. Özgə nə cür ola bilərdi, 
axı? 
– Biz səninlə hələ üz-üzə gələrik, fransızcığaz, 
gücümüzü sınayaraq, – pilləkəndən enə-enə donquldandım. 
Hələ heç nə dərk eləyə bilmirdim. Elə bil, başıma zərbə 
dəymişdi. Hava bir qədər məni özümə gətirdi. Yalnız iki 
dəqiqədən sonra dərk eləməyə başladım, mənə iki fikir əyan 
oldu: birincisi, – belə boş şeylərdən, bir neçə məktəblisayaq 
hərəkətlərdən, dünən sözarası deyilmiş, ağlagəlməz uşaq 
təhdidlərindən belə ümumi həyəcan qalxıb! İkinci fikir: 
ancaq bu fransızın Polinaya təsiri necədi, görən? Onun bircə 
sözü və Polina ona lazım olan hər şeyi eləyir, məktub yazır, 
hətta məndən xahiş eləyir. Əlbəttə, onların münasibəti də lap 
əvvəldən, mən onları tanımağa başlayandan, mənim üçün 
sirr idi; amma bu son günlər Polinada ona qarşı kəskin ikrah, 
40
ola bilər – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin