Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   54   55   56   57   58   59   60   61   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
117 
bağlama və çamadanlarının gurultulu səs-küyləri gələn nənə 
təntənəylə oturmuşdu! Bəli, bu, onun özüydü, qorxunc, 
varlı, yetmiş beş yaşlı, mülkədar və Moskva xanımı 
Antonida Valiyevna Taraseviçeva. Haqqında teleqram 
göndərilən və alınan, ölən və ölməyən la baboulinkaydı, 
qəfildən özü qar kimi başımıza yağmışdı. O, ayaqsız peyda 
olsa da, bütün son beş il ərzində həmişəki kimi, əl üstündə 
gətirilsə də, adəti üzrə diribaş, qızğın, özündənrazı, dümdüz 
oturub ucadan, hökmlə qışqıran, hamını söyən həmin 
nənəydi – hə, generalın evinə müəllim təyin olunandan bəri 
iki dəfə görmək şərəfinə nail olduğum qadınıydı. Təbii ki, 
onun qabağında təəccübdən müqəvva kimi dayanmışdım. O 
da hələ yüz addımlığından məni iti gözləriylə süzürdü, 
kresloda aparanda, məni tanımışdı, adımı atamın adıyla 
səsləmişdi – onu da adəti üzrə birdəfəlik yadında saxlamışdı. 
Belə birisini tabutda uzanan, basdırılmış və miras 
qoyub getmiş halda gözləyirdilər, o isə bizim hamımızdan, 
bütövlükdə oteldəkilərdən çox yaşayacaq! Amma ilahi, indi 
bizimkilərin, generalın halı necə olacaq! O, yəqin ki, bütün 
otelin altını üstünə çevirəcək! 


www.vivo-book.com 
118 
– Hə, nolub sənə, atam-atam, qarşımda durub gözlərini 
döyürsən! – nənə mənə qışqırmaqda davam eləyirdi. – 
Təzim eləmək, salamlaşmaq bacarmırsan, nədi? Yoxsa 
lovğalanırsan, istəmirsən? Bəlkə məni tanımadın? Eşidirsən, 
Potapıç, – onu müşayiət eləyən əyanına, franklı, ağ 
qalstuklu, çəhrayı dazlı, ağsaç qocacığaza müraciət elədi. – 
Eşidirsən, tanımır! Dəfn eləyiblər! Teleqramı teleqram 
dalınca göndərirdilər: ölüb, yoxsa ölməyib? Axı mən hər 
şeyi bilirəm! Bax, görürsən. Mən sağ-salamatam! 
– Rəhm eləyin, Antonida Vasilyevna, nəyə görə sizə 
pislik arzulamalıyam? – Özümə gəlib şad-xürrəm cavab 
verdim.
– Yalnız təəccüblənmişəm… Necə təəccüblənməyəsən 
ki, belə gözlənilmədən… 
– Sən niyə təəccüblənirsən? Minib gəldim. Vaqonda 
rahatlıqdı, basabas yoxdu. Sən gəzməyə getmişdin, nədi? 
– Hə, vağzalacan gəzib gəldim. 
– Bura yaxşıdı, – nənə ətrafına baxa-baxa dedi, – istidi, 
yaşıllıq boldu. Bunu sevirəm. Bizimkilər evdədilər, 
General? 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin