Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə60/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   56   57   58   59   60   61   62   63   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
121 
səbəbiydi. Rastlaşdığı hər yeni sifəti görəndə, dərhal onu hər 
şeyi bilməyə can atan nəzərlərlə süzür, hər kəs barədə 
məndən sorğu-sual eləyirdi. Nənə kreslodan qalxmasa da, iri 
sümüklüydü,yetərincə hündür hiss olunurdu. Onun kürəyi 
taxta kimi düz dayanırdı, kresloya söykənmirdi. Nənənin 
dümağ saçları, iri, kəskin cizgiləri olan sifəti dik dururdu
hətta bir qədər təkəbbürlə, meydan oxuyurmuş kimi baxırdı, 
hiss olunurdu ki, onun baxışları və hərəkətləri tamamilə 
təbiidi. Yetmiş beş yaşı olmasına baxmayaraq, onun üzü 
yetərincə təzə-təriydi, hətta dişləri də bir o qədər xarab 
olmamışdı. O, qara ipək paltar geyinmiş, ağ ləçək örtmüşdü. 
– O məni həddən artıq maraqlandırır, – mister Astley 
mənimlə yanaşı pillələri qalxa-qalxa qulağıma pıçıldadı. 
“Teleqramlar barədə bilir, – fikirləşdim, – ona De-Qriye də 
məlumdu, amma m-lle Blanche hələ deyəsən, az tanışdı”. 
Həmin dəqiqə bu barədə mister Astleyə məlumat verdim. 
Günahkar adam! Mənim ilk təəccübüm yenicə ötüb-
keçmişdi ki, bizim indi generala endirəcəyimiz ildırım 
zərbəsinə həddən artıq sevindim. Məni elə bil, nə isə 
qızışdırmışdı, irəlidə həddən artıq şad görkəmlə gedirdim.


www.vivo-book.com 
122 
Bizimkilər üçüncü qatda məskən salmışdılar; mən heç 
xəbər də göndərmədim, hətta qapını da döymədən, sadəcə, 
taybatay açdım, nənəni təntənəylə içəri apardılar. Onların 
hamısı elə bil, qəsdən generalın kabinetinə yığışmışdılar. 
Saat on ikiydi, görünür, hansısa səfərin layihəsini 
hazırlayırdılar, – bəziləri kolyaskayla, başqaları at belində 
bütün dəstəylə gəzintiyə hazırlaşırdılar; bundan başqa, hələ 
tanışlardan dəvət olunanlar da vardı. Generaldan, Polinayla 
uşaqlardan, onların dayəsindən başqa De-Qriye, m-lle 
Blanche, yenə də amazonkada
45
, onun anası m-me veuve 
Cominges, balaca knyaz, bir də onlarda birinci dəfə 
gördüyüm alman, alim-səyyah da kabinetdəydilər. Nənənin 
kreslosunu düz otağın ortasında, generalın üç addımlığında 
yerə qoydular.
İlahi, heç zaman bu təəssüratı unutmayacağam! Biz 
içəri girməmişdən əvvəl general nəsə danışırdı, De-Qriyesə 
ona düzəliş verirdi. Qeyd eləmək lazımdı ki, m-lle Blanche 
və de-Qriye budu, iki-üç günüydü, nədənsə balaca knyaza 
45
ata minmək üçün uzun paltar



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin